Azərbaycan yeni iş yerlərinin yaradılmasında rekord göstərici əldə etmək əzmindədir
Tarix: 12.07.2014 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi və getdikcə sürətlənən, miqyası artan prosesdir. Bununla bağlı 10 ildən artıqdır ki, məqsədyönlü iqtisadi siyasət və konkret dövlət proqramları həyata keçirilir. İndiyə qədər həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində 1 milyon 300 min civarında iş yerləri yaradılıb ki, bu da məşğulluq və əhalinin işlə təmin olunması baxımından nəhəng bir göstəricidir. Amma bu sayda kütləvi iş yerləri ilə təmin olunma özlüyündə arxayınçılıq yaradan, yaxud tamamlanmış proses deyil.
Bu proses, qeyd edildiyi kimi, daim davam edir və getdikcə, daha geniş miqyası əhatə edir. Eyni zamanda yeni sahələrdə və yeni peşələrə, ixtisaslara aid iş yerlərinin yaradılması da iqtisadi-sosial sahədə modernləşmənin və intensiv iqtisadi artımın göstəriciləridir. Dünyanın ən inkişaf etmiş ölkələrində baş verən iş yerlərinin kütləvi şəkildə itirilməsi, sosial-iqtisadi böhranlar müqabilində Azərbaycan dövləti öz vətəndaşları üçün yüksək məvacibli iş yerləri yaratmağa və məşğulluq göstərcisini daha da artırmağa qabildir. Ona görə də bu məsələ daim dövlətin diqqətindədir, dövlət bu sahədə daha böyük nailiyyətlərə və rekordlara nail olmaq üçün fasiləsiz olaraq tədbirlər görür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilinin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bu barədə belə bildirib: “Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək.
Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır”.
Göründüyü kimi, yeni-yeni iş yerlərinin yaradılması üçün daim yeni tədbirlər, proqramlar reallaşdırılır. Ölkənin artan iqtisadiyyatı fonunda bu olduqca məntiqidir. Məlum olduğu kimi, birinci altı ayda iqtisadiyyat 2,1 faiz artıb. Bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Qeyri-neft sektoru isə 7 faiz artıb. Bu isə qeyri-neft sektorunun inkişafı və artırılması ilə bağlı həyata keçirilən tədbirlərin real nəticəsidir. Dövlətin neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsi nəticəsində bu gün qeyri-neft sektoru nəzərəçarpacaq dərəcədə artıb. İnflyasiya 1,6 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyir. Kənd təsərrüfatımız 6 faiz artıb. İndi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, Azərbaycan ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız var. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Artan iqtisadiyyat fonunda həyata keçirilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb. Onlardan 52 mini daimi iş yeridir. Yeni iş yerlərinin açılmasının daimi proses kimi qarşıya qoyulması, uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsinin başlanacağı bu sahədə rekord göstəricilərin əldə olunmasına hesablanıb.
Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm və digər sahələrin sürətlə inkişaf etməsi gələcəkdə də kütləvi sayda yüksək məvacibli iş yerlərinin yaradılmasını təmin edəcək. Gözlənilən nailiyyətlər sırasında üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bütün əsas infrastruktur və sosial məsələlərin öz həllini tapacağı da xüsusi qeyd edilməlidir.
Bu mövzuda fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov dedi ki, bu altı ayda yaradlılmış yeni iş yerlərinin 65 min olması böyük göstəricidir. Bu iş yerlərinin yarıdan çoxunun regionların payına düşməsi isə daha da əlamətdardır. Bununla bir daha o nəticəyə gəlmək olur ki, regionların iş yerləri ilə təmin olunmada çəkisi və payı nəzərəçarpacaq dərəcədə artıb: “Regionlar məşğulluqla bağlı öz rollarını olduqca böyük faizlə artırıblar”. Ekspertin fkrincə, yeni sənaye zonalarının yaradılması, sənayeləşmənin sürətləndirilməsi nəticəsində külli sayda vətəndaşlarımız, mütəxəssislərimiz işlə təmin olunacaq.
Beləliklə, bu sahədə həyata keçirilən tədbirlər iqtisadi və eyni zamanda sosial inkişafın, rifah halının daha da yüksəldilməsinə aparıb çıxarır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info