Mehriban Əliyeva Kannda keçirilən moda nümayişini izləyib
Tarix: 14.07.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr olunmuş "Müasir dəbdə Azərbaycan cazibəsi" adlı moda nümayişi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
"Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin Kann şəhərində təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.
Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi milli musiqimizin müşayiəti ilə nümayiş etdirilib. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilməsi uğurlu alınıb. Kolleksiyada od və nar elementlərindən də istifadə edilib.
Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
Modelyer Renato Balestra qədim tarixə malik olan Azərbaycan xalqının milli naxış və ornamentlərini araşdırıb, öyrənib və onları modifikasiya edərək gələcəyə yönələn dəbə tətbiq edib.
Xatırladaq ki, bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunub.
Modelyer jurnalistlərə müsahibəsində deyib: "Düşünürəm ki, bu təqdimat çox maraqlı alındı. Çünki bu, Azərbaycan xanımlarının ənənəyə, eyni zamanda, müasirliyə nə qədər bağlı olduğunu göstərir. Bu nümayişin ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyükdür və mən buna görə ona təşəkkür edirəm. Mən müxtəlifliyi və dəyişikliyi sevirəm. Bugünkü dəfilə də bu qəbildəndir. Onu da deyim ki, dəfilədə Azərbaycanın rəmzlərindən geniş istifadə olunmuşdur və bu da mənim ölkənizə olan sevgimdən irəli gəlir".
Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində ölkəmizin milli mətbəxinin də təqdimatı olub. Azərbaycan mətbəxinin ləziz təamları çoxsaylı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Kann şəhərində baş tutan Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil edilən tədbirlər bir daha sübut etdi ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info