“Caspian Sea Resort” jurnalistlər üçün info-tur keçirdi
Tarix: 14.07.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Ötən həftə sonu Nabranda yerləşən “Caspian Sea Resort” hoteli və istirahət mərkəzi jurnalistlər üçün info-tur keçirdi. Mətbuat konfransında çıxış edən hotelin baş meneceri Bəşir Hacıyev son illər Azərbaycan iqtisadiyyatının inkişafında turizm sahəsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Bəşir Hacıyev bildirdi ki, “Caspian Sea Resort” istirhət zonasında ailəvi istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. 24 saat fasiləsiz xidmət göstərən 26 mənzillik kotteclər gün ərzində 110 nəfər qonağı qəbul etmək gücünə malikdir. Hər bir şəraitlə təmin edilmiş kotteclərə Azərbaycanın rayonlarının adları verilib. Qonaqlar açıq havada böyüklər və uşaqlar üçün hovuzlar, bilyard zalı, fitnes zalı, futbol meydançası, velisopedlərdən istifadə, stolüstü tennis, çimərlik voleybolu və digər oyunlardan istifadə edə bilərlər. Qonaqlara gündə üç dəfə olmaqla İsveç masası üslubunda yeməklər təqdim edilir. İstirahət zonasında böyüklərlə yanaşı azyaşlı uşaqların doyunca istirahət etmələri üçün yüksək səviyyədə şərait yaradılıb. Uşaqların maraqlı və şən əyləncəsini təmin etmək üçün burada “Kids Club” da fəaliyyət göstərir. Azərbaycanda turizm sahəsinin yüksək səviyyədə inkişaf etdiyini bildirən Bəşir Hacıyev istirahət mərkəzinə həm daxildən, həm də xaricdən çoxlu sayda turistlərin gəldiyini bildirdi. Əsasən, yay fəslində fəaliyyət göstərən “Caspian Sea Resort” istirahət mərkəzi digər fəsillərdə də bayram tədbirlərinin və konsertlərin keçirilməsini nəzərdə tutur. Həftəsonu hoteldə caz və milli muğam musiqili proqramları keçirilir. “Caspian Sea Resort” istirahət mərkəzində toy və ad günləri mərasimlərinin, korporativ tədbirlərin və pikniklərin keçirilməsi də mümkündür. Otelin “Dalğa” restoranı 110 nəfərlik və açıq hovuz ətrafında 500 nəfərlik tədbirlərin keçirilməsinə imkan verir.
Qeyd edək ki, “Caspian Sea Resort” hoteli 2008-ci ilin may ayında Nabranda fəaliyyətə başlayıb. İstirahət mərkəzinə müasir standartlara cavab verən restoranlar, əyləncə mərkəzi, 26 standart otaq, 2 villa və idman zalı daxildir. Əlavə məlumat almaq üçün 050 235 40 02 nömrəsi və info@caspiansearesort.az e-mail ilə əlaqə saxlamaq olar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info