İtaliya mətbuatı: “İlham Əliyevin beynəlxalq nüfuzu siyasi əməkdaşlığı gücləndirib“
Tarix: 14.07.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


İtaliyanın nüfuzlu "İl Messaggero" qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə iyulun 13-dən başlamış rəsmi səfəri ilə əlaqədar Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən məqalə dərc olunmuşdur.
Məqalədə deyilir ki, Prezident İlham Əliyevin İtaliyaya iyulun 13-dən çərşənbə axşamınadək davam edəcək rəsmi səfəri qaz və "made in İtaly" xüsusiyyətləri ilə qeyd edilən, Azərbaycan və İtaliya arasında mövcud əlaqələrə verilən önəmin göstəricisi sayıla bilər. Səfər çərçivəsində Roma və Bakı arasında bütün Avropanın enerji strategiyası üçün mühüm rol oynayacaq sazişlər imzalanacaq, iki ölkənin iqtisadi və mədəni əməkdaşlığının daha da genişləndirilməsi üçün danışıqlar aparılacaq.
Yazıda bildirilir ki, 2014-cü ilin ilk üç ayının məlumatlarına əsaslanaraq qeyd etmək olar ki, artıq 7 ildir İtaliya Azərbaycanın birinci iqtisadi tərəfdaşıdır: 2013-cü ildə bu ikitərəfli mübadilənin gəliri 7,4 milyard avronu keçib. Karbohidrogenlərin idxalı nəticəsində İtaliya üçün mənfi saldo təxminən 6,4 milyard avro olub. Keçmiş sovet respublikaları arasında Azərbaycan ən yüksək inkişaf tempinə malik olan bir ölkədir. Bu ölkədə qeyri-enerji sahələrində 9,5 faiz artıma nail olunub, 74 milyard dollarlıq ümumi daxili məhsul istehsal edilib. Azərbaycanın xarici borcu qibtə ediləcək rəqəmlə ölçülür - 9,1 faiz, işsizliyin səviyyəsi 5,6 faizdir.
Qəzet yazır ki, 53 yaşlı İlham Əliyev artıq üçüncü dəfədir ki, Prezident vəzifəsinə seçilib. Beynəlxalq münasibətlər üzrə professordur, artıq 33 yaşında dövlət neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb, daha sonra deputat və Yeni Azərbaycan Partiyasının lideri seçilib. Bir neçə xarici dili (rus, ingilis, fransız və türk) mükəmməl bilən Prezident İlham Əliyev öz siyasətində müasirləşməyə, qonşu ölkələrlə balanslaşdırılmış əlaqələrin qurulmasına böyük diqqət yetirir. Bu səfərində Xarici İşlər, Mədəniyyət və Turizm, Energetika nazirlərinin müşayiət etdiyi Prezident İlham Əliyev Romada İtaliya Prezidenti Corco Napolitano, Baş nazir Matteo Renzi, Senatın sədri Pietro Qrasso və Roma şəhərinin meri İgnasio Marino ilə görüşəcək.
Məqalədə bildirilir ki, İtaliyanın keçmiş Baş naziri Enriko Letta 2013-cü ilin avqust ayında Bakıda rəsmi səfərdə olub. "Şahdəniz 2" Konsorsiumun qərarı əsasında oktyabr ayında TAP boru kəməri ilə 2020-ci ilədək Azərbaycan qazını Avropaya çatdırmaq qərarı qəbul olunub. 870 kilometr uzunluğu olan və 117 kilometri suyun altı ilə çəkiləcək bu boru kəməri Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçib Salento sahilinə yetişərək İtaliyanın "Snam Rete Gas" şəbəkəsinə qoşulmalıdır. 2013-cü ilin noyabr ayında italiyalı iş adamlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub. İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı (İCE), ANCE və FEDERPROGETTİ şirkətləri tikinti və sağlamlıq sahələrində, Türkiyə ilə nəqliyyat və dəmir yolunun qurulmasında, Xəzər dənizdə yeni limanın tikintisində və digər sahələrdə də yeni əməkdaşlığın qurulmasının əsasını qoyublar. Digər mərhələ dekabrın 16-da iqtisadi tərəfdaşlıq protokolunun və bir gün sonra TANAP-TAP qaz boru xətti barədə sazişin imzalanması mərasimi üçün İtaliyanın o vaxtkı xarici işlər naziri Emma Boninonun Prezident İlham Əliyevlə görüşü olub. Avropa öz enerji təhlükəsizliyinin şaxələndirilməsi üçün Bakıya böyük önəm verir. (Avropa Komissiyanın prezidenti Barrozu iyunun 14-də Bakıda səfərdə olub).
Məqalədə deyilir: "İnanılmaz olsa da təəssüf ki, İtaliyada yerli "no TAP" müqavimət hərəkatları var. Terminalın qurula biləcəyi nöqtələr San Foka-Melendugno və alternativ olaraq Brindisi və ya Otranto düşünülür. Bürokratiya və bu yerli müqavimət hərəkatları bizim və bütün Avropa üçün ümidverici əməkdaşlığa maneələr yaradır. ENİ-nin də 5 faiz payı olan mövcud Bakı-Tbilisi-Ceyhan, həmçinin Azərbaycanın SOCAR şirkəti tərəfindən irəli sürülən Trans-Atlantik, Trans-Anadolu və Trans-Qafqaz boru kəmərləri sistemləri birbaşa Mərkəzi Asiyadan idxal uçun yol acır. "BOS Shelf LLC" və "Star Gulf FZCO" şirkətləri aprelin 18-də müqavilə imzalayıblar, "Saipem" isə "Azəri-Çıraq-Günəşli" neft yataqlarının inkişafı üçün "offshore" istehsalı, nəqliyyat və neft infrastrukturunun tikilməsini öz üzərinə götürüb. Ümumiyyətlə, Bakı avtomobildən mebelə qədər italyan məhsulları üçün yeni bazardır.
Yazıda Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrdən də söhbət açılır. Bildirilir ki, hazırkı Prezidentin atası Heydər Əliyevin adı İtaliya mədəniyyəti üçün böyük məna kəsb edir. Heydər Əliyevin adını daşıyan və Mehriban Əliyevanın prezidenti olduğu Fond mütəmadi olaraq Venesiya incəsənət biennalisində iştirak edir. Fond Kapitoli muzeylərinin təmirini, Maksi di Roma və Kapri fondundakı sərgiləri təşkil edib. 2015-ci il Milan sərgisində Azərbaycan pavilyonu onun imzasını daşıyır. Məqalədə deyilir: "Prezident İlham Əliyevin səfəri çərçivəsində, eyni zamanda, Roma meri ilə Azərbaycanın Mədəniyyət naziri arasında Fori İmperialidə arxeoloji qazıntılar üçün 1 milyon avro ayrılması barədə memorandum imzalanması nəzərdə tutulub".
Məqalədə daha sonra deyilir ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri və 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu siyasi əməkdaşlığı gücləndirib. Prezident İlham Əliyevin Qafqazda sabitlik yaradılmasında rolu strateji əhəmiyyətə malikdir və çoxvektorlu xarici siyasəti həm qonşu ölkələrlə, həm də Qərb dövlətləri arasında balans axtarışına əsaslanır.
Ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyinin diqqətə çatdırıldığı məqalədə bildirilir ki, yüksək səviyyəli görüşlərdə azərbaycanlılar tərəfindən daim səsləndirilən mövzu Azərbaycan ərazilərinin bir hissəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən işğalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ermənilərin Dağlıq Qarabağ və işğal etdikləri digər ətraf 7 rayondan geri çəkilmələrini tələb edir. Bakı İtaliyanı bir vaxtlar sədrlik etdiyi, daha sonra Fransa, Rusiya, ABŞ tərəfindən əvəz edilmiş Minsk qrupunda mühüm rol oynamağa çağırır.
Məqalədə Azərbaycan haqqında üç kitabın müəllifi Sapienza Universitetinin prorektoru və Şərqi Avropa tarixi üzrə professor Antonella Biagininin əsərindən sitat gətirilir: "Azərbaycan sabit bir ölkədir, eyni zamanda, bütün Qafqaz regionu üçün sabitlik amilidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info