Poroşenkodan Rusiyaya ağır ittiham
Tarix: 14.07.2014 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə güc strukturlarının rəhbərləri ilə növbəti müşavirə keçirib.
Ukrayna prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, P. Poroşenko müşavirədə bəyan edib ki, ölkənin şərqində Ukrayna ordusuna qarşı Rusiya zabitləri döyüşür və müasir Rusiya silahlarından istifadə olunur: “Son üç gün ərzində Ukrayna Silahlı Qüvvələrinə qarşı Rusiya istehsalı olan ən yeni yaylım atəş sistemindən istifadə olunub”.
P. Poroşenko ölkənin şərqində antiterror əməliyyatının aktiv fazasının davam etdiyini söyləyib. O, Ukraynaya qarşı döyüşlərdə Rusiya ordusunun kadr zabitlərinin iştirakının təsdiqləndiyini vurğulayıb.
Dövlət başçısı antiterror əməliyyatının keçirildiyi zonanın daraldılması və sərhədlərin mühafizəsinin gücləndirilməsi üçün taktiki dəyişikliyə getməyin zəruriliyini də qeyd edib.
Xatırladaq ki, son günlər Ukrayna-Rusiya sərhədinin Luqansk vilayəti ərazisindəki nəzarətsiz nöqtələrindən separatçılara dəstək üçün xeyli miqdarda hərbi texnika və canlı qüvvənin Ukrayna ərazisinə daxil olduğu haqda xəbərlər yayılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info