Biznes-inkubator üçün iştirakçılar seçilib
Tarix: 14.07.2014 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda fəaliyyət göstərəcək ilk iştirakçılar məlum oldu. Bu məqsədlə keçirilmiş müsabiqədə İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiyanın qərarına əsasən, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator üçün 15 iştirakçı seçilib. İştirakçılara 2014-cü ilin sentyabr ayından etibarən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin biznes inkubatorunda Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris plan və proqramları əsasında treninqlər keçiriləcək, müxtəlif məsləhət xidmətləri göstəriləcək. Qeyd edək ki, biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Bu məqsədlə pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahədə 15 otaqdan ibarət biznes inkubator yaradılmışdır. Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahə ayrılacaq və burada onlara sistemli və davamlı maarifləndirmə tədbirləri, təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyat, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili və keçirilməsi, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və s. istiqamətlər üzrə xidmətlər göstəriləcək.
Bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info