“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr”
Tarix: 14.07.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


İyulun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ulu öndərin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününü Azərbaycan tarixində xüsusi bir gün kimi dəyərləndirdi. Akademik 1969-cu ilin tarixi avqust plenumunu xatırladaraq ulu öndərin məhz həmin tədbirdə respublikamızın sonrakı inkişaf proqramının tezislərini səsləndirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, məharət, iradə, böyük bilik, işgüzarlıqla çalışan Heydər Əliyev öz ətrafında uğurlu bir komanda toplayaraq keçmiş ittifaq respublikaları arasında heç ilk onluqda belə yer ala bilməyən, geridə qalmış bir respublikanı qısa müddət ərzində irəliyə apararaq bəzi istehsal sahələri üzrə hətta birinci yerə qaldırmağa müvəffəq olub ki, bu da titanik rəhbərliyin bəhrəsi idi. Akademik Akif Əlizadə ulu öndərin kütləni, cəmiyyəti səfərbər etmək bacarığını xüsusi vurğulayaraq dahi şəxsiyyətin SSRİ kimi zamanında nəhəng bir dövlətin Siyasi Bürosunun üzvlüyünə yüksəlməsini, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsini dahi şəxsiyyətin siyasi fəaliyyətinin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra müstəqil Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişafına start verildiyini, nəhəng enerji kontraktlarına, beynəlxalq müqavilələrə imza atmasını, dünya dövlətləri ilə bir sırada inamla irəlilədiyini vurğulayıb. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən akademiya rəhbəri ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsil sferasında da inkişafa nail olunmasını müstəqil dövlətimizin prioritet istiqamətləri kimi müəyyən edilməsinin önəmliliyindən ətraflı bəhs etdi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Əsas etibarilə XX əsrin sonları, XXI əsrin əvvəllərindən inkişafa qədəm qoymuş Azərbaycan dövlətinin möhkəm təməllərə malik olduğunu bildirən akademik İsa Həbibbəyli minilliklərlə çətin və şərəfli dövlətçilik ənənələri olan Azərbaycan dövlətinin keçdiyi tarixi inkişaf mərhələlərindən ətraflı bəhs etmişdir. Hakimiyyətinin ilk illərində sadəcə xammal ölkəsi olan Azərbaycanı güclü istehsalçı respublikaya çevirməklə, xalqımızın milli mədəniyyətini bütün istiqamətlərdə inkişaf etdirməklə böyük dönüşün, möhkəm inkişafın özülünü qoyan ulu öndərin Azərbaycana rəhbərliyinin dövrlərini xarakterizə edən akademik İsa Həbibbəyli müxtəlif inkişaf mərhələlərindən əhatəli söhbət açıb. Qeyd edib ki, məhz ulu öndərin rəhbərliyi və şəxsi iradəsi blokada şəraitində yaşayan Naxçıvanda iqtisadiyyatın dirçəldilməsinə səbəb olub, ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublika düşmən təcavüzündən qurtulub, həmçinin respublikamız bütün fəaliyyət istiqamətləri üzrə sürətli inkişafa qədəm qoyub. İqtisadi və siyasi böhrandan uğurlu sıçrayış, nəhəng enerji layihələrinin həyata keçirilməsi, qloballaşan yeni dünya və inkişaf etmiş Avropa dəyərlərinin sintez edilərək onun ölkəmizdə tətbiqinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu nəzərə çarpdıran akademik bildirib ki, ulu öndərin uzaqgörən siyasətinin nəticəsində bu gün Azərbaycanın səsi dünyanın hər yerindən gəlir. Akademik bildirib ki, Prezidenti İlham Əliyev təməli ümummilli lider tərəfindən qoyulmuş iqtisadi və siyasi fəaliyyət strategiyasını uğurla davam etdirir ki, bu gün müstəqil Azərbaycan iqtisadi və mədəni sahələrin bütün istiqamətləri üzrə, o cümlədən elm və təhsil sahəsində də qlobal inkişafa imza atıb və bunun nəticəsində də Azərbaycan Respublikasının adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir.
Elmi konfransda AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun “Görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan nefti”, Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Heydər Əliyev və Azərbaycanda alim qadınların inkişaf yolu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyətindən, ölkə iqtisadiyyatında neft amilinin rolundan, eləcə də alim qadınların şərəfli əməyindən danışılaraq böyük şəxsiyyətin elmə və alimlərə göstərdiyi qayğıdan bəhs olunub, bu gün ölkə rəhbərliyi tərəfindən elmin inkişafı istiqamətinə hesablanmış uğurlu siyasətin önəmliliyi qeyd edilib.
Sonra İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Nizami adına Milli Azərbaycan ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov və AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış edərək ulu öndərlə bağlı unudulmaz xatirələrini danışıblar. Tədbirdə Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info