Azərbaycan komandası Almaniyada keçirilmiş futbol turnirində
Tarix: 14.07.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Almaniyada yaşayan azərbaycanlılardan ibarət futbol komandası həvəskar mini futbol turnirində təmsil olunub. Almaniyanın Aşağı Saksoniya federal əyalətinin paytaxtı Hannover şəhərində həvəskar futbolçulardan ibarət komandalar Hannover Beynəlxalq Kuboku uğrunda mübarizə aparıb. Turnirdə 20 ölkəni və milləti təmsil edən komandalar iştirak edib. Turnirin püşkatma mərasimi mayın 28-də keçirilib və Azərbaycanı Hannover şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına idman klubunun rəhbəri Etibar Qəniyev təmsil edib. Püşkatmanın nəticələrinə görə, Azərbaycan Kosovo, Rusiya, Qana və Cənubi Amerika ölkələri kimi güclü rəqiblərlə eyni qrupa düşüb. Azərbaycan yığması Vüqar Həbibovun rəhbərliyi altında rəqiblərə qarşı gözəl və əzmkar oyun nümayiş etdirib. İkinci dəfə belə bir turnirə qatılan Azərbaycan komandası üzvlərinin sürətli, texniki bacarığı azarkeşlərə xoş təsir bağışlayıb. Qeyd edək ki, Diasporla İş Üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə yaradılan və turnirdə iştirakı təmin edilən Azərbaycan komandasının tərkibində bir çox peşəkar oyunçular, o cümlədən 9 yaşından bəri Almaniyada futbolla məşğul olan, “Hannover 96” kimi məşhur futbol klubunun yarımmüdafiəçi 16 yaşlı Cavid Həbibov da iştirak edib. Çempionat boyu azərbaycanlılar rəqiblərinə qarşı bərabər oyun nümayiş etdirərək Qana komandasını 2-1 hesabı ilə məğlub edib, Cənubi Amerika komandası ilə oyunu isə 1-1 hesabı ilə bitirib. Hannover Kubokunun sahibi isə kamerunlu həvəskar futbolçular olub. 2 və 3-cü yeri isə müvafiq olaraq İspaniya və Rusiya paylaşıblar. “Əsas qələbə yox, iştirakdır” devizi ilə keçirilən bu turnirdə Azərbaycan bayrağının dalğalanması və himninin səslənməsi soydaşlarımızı sevindirib, onlarda xoş təəssüratlar yaradıb. Almaniyanın müxtəlif əyalətlərindən gəlmiş həmyerlilərimiz stadionda sürəkli alqışlarla komandamıza dəstək göstərib. Nordrayn-Vestfaliya federal əyalətindəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva isə öz fəallığı ilə xüsusi seçilib. Çempionatın sonunda Heydər Əliyev adına idman klubunun rəhbəri Etibar Qəniyev, Hannover şəhərinin Bələdiyyə sədri Stefan Şostok Azərbaycan yığmasının üzvləri ilə xatirə şəkilləri çəkdirib. Etibar Qəniyev bildirib ki, azərbaycanlıların belə turnirlərdə iştirakı onları gələcəkdə müxtəlif idman növlərində inkişaf etdirmək, beynəlxalq yarışlara hazırlamaq, eləcə də soydaşlarımızın alman cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və ölkəmizin imicini yüksəltmək məqsədi daşıyır. Rəhbərlik etdiyi idman klubunun əsas məqsəd və vəzifələri də məhz budur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info