Səbail rayonu ərazisində 6 ay ərzində 1190 daimi iş yeri açılıb
Tarix: 14.07.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsinin 45 illiyi tamam olur. Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu il iyul ayının 14-də respublikamızda hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub, böyük strateji layihələrin həyata keçirilməsinə başlayıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 6 ay ərzində iqtisadiyyat 2,1 % artıb, ümumi daxili məhsulun səviyyəsi yüksəlib, qeyri-neft sektorunda inkişaf 7 % olub. İnflyasiya cəmi 1,6% təşkil etmiş, əhalinin pul gəlirləri 4,7 % artaraq, inflyasiyanı 3 dəfə üstələyib. Hazırda ölkənin valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirib ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 % çox sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 % çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 % çox xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 % çoxdur .
6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,8 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur.
I yarımillikdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarından 22,8 % çox istehlak malları satılıb, 35,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,9 % artaraq 127,3 milyon manat olub. Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970,0 manat olub. 2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
Birinci yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəəsəbəsində yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.
Ha¬zır¬da rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 5 mərtəbəli «İnturist» mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması aparılır, Neftçilər prospektində İdman Oyunları Sarayı (Əl Oyunları sarayı) əsaslı təmir olunur. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Badamdar qəsəbəsində «Könül» körpələr evinin əsaslı təmiri və yenidən qurulması həyata keçirilir.
Rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki 35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsi 1 və 2, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılmış, Ü. Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal İdarəsi tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.
2014-cü ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 386 ailə (1520 ailə üzvü) müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunub. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçülərə ilin ilk 6 ayı ərzində 19.535,0 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 6 ayı ərzində 485 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunub, «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuterçi-dizayner», 12 nəfər iş axtaran vətəndaş üçün «Xalçaçı», 20 nəfər iş axtaran vətəndaş üçün isə «İngilis dili» peşə kursları açılıb, «Əmək yarmarkasında» 8 nəfər daimi işlər təmin olunub.
Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını, hərbi hissənin tələbatları üçün müxtəlif tikinti materiallarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilib. Müxtəlif bayramlarla əlaqədar rayonda 6100 aztəminatlı ailəyə ərzaq bağlamaları, 1500 pay ət verilib, ümumilikdə isə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 8323 olub.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, İçərişəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Şakir Nuriyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva, Səbail rayon Qaz İstismar sahəsinin rəisi Sadıx Rəhimov və başqaları çıxış ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş «Gül bayramı»nda fəal iştirak etdiklərinə görə 6 saylı orta məktəb, 132-134 saylı Təhsil Kompleksi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivləri Səbail Rayon İcra Hakimiyyətinin Diplomları ilə təltif olunublar.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub. Milli Məclisin deputatı Fuad Muradov iclasda iştirak edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info