Skolari Braziliya millisindən getdi
Tarix: 15.07.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


DÇ-2014-ü dördüncü pillədə başa vuran Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib. Komandanın mundialdakı çıxışından narazı qalan Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırıb.
Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Hələlik Skolarini kimin əvəzləyəcəyi məlum deyil. Qeyd edək ki, Skolarinin istefası komandası DÇ-2014-ün yarımfinalında Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra gündəmə gəlib. Braziliyanın üçüncü yer uğrunda oyunda Hollandiyaya da 0:3 hesabı ilə uduzması federasiyanın təcrübəli mütəxəssislə yollarını ayırmasına səbəb olub. Xatırladaq ki, Braziliya yığması Skolarinin rəhbərliyi altında 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən Dünya Çempionatında qızıl medallara sahib çıxmışdı.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info