“TomDispatch”: “Neft uğrunda müharibə gedir”
Tarix: 15.07.2014 | Saat: 00:45:00 | E-mail | Çapa göndər




"TomDispatch" yazır ki, bizim planet üçün hər şey böyük «N» hərfi ilə başlayır. Bu gün bu mövzuda dəyərli və aktual yazıları lə tanınan Maykl Kler özünün «The Race for What’s Left» (Qalanlar uğrunda mübarizə») adlı kitabında qeyd edir ki, siz əgər planetdəki münaqişələrin- Suriyadan başlamış Cənubi Çin dənizinə qədər- fövqündə enerji müharibələrinin, daha dəqiq desək, faydalı mənbəələrin dayandığını görəcəyik.
Hazırda bəzi ümidverici əlamətlərə baxmayaraq, planetimiz bir qarınqulu və acgöz canavara çevrilməkdədir. Onların aclıqlarını yalnız mədən yanacaqları yatıra bilər. Təbii ki, münaqişə və müharibələr dəhşətdir. İraqın timsalında məzhəb zorakılığı adı ilə müşayiət edilən vətəndaş müharibəsi, yanğın və qırğınlar milyonlarla qaçqının həyatı bahasına sonunclanmaqdadır. Neft müharibələri bu dəhşətə xüsusilə tutqun boya verməkdədir. Təbii ki, qaliblər daha çox neft qurğuları və emalı zavodları ələ keçirmək və Yaxın Şərqdə bu gün olduğu kimi, yeni münaqişələr üçün şəraitin yaradılmasına rəvac verirlər.
Bu ərazi hazırda aclıq və quraqlıq dövrünü yaşamaqdadır. Milli Okean və Atmosfer Administrasiyasının alimləri güman edirlər ki, bu, qismən də olsa, qlobal istiləşməyə səbəb ola bilər. Bu qış Suriya və İraqda onilliklərin ən quraq ili oldu. Bu ölkələrə həddən az yağış yağdı və yüksək temperaturlu istilik müşahidə edildi. Təsadüfi deyil ki, Pentaqon Milli Müdafiəyə dair dörd ildən bir verdiyi proqnozda bu amilləri “çarpan təhdid” kimi xarakterizə edib.
İndi dünyanın hər yerində - İraq, Suriya, Nigeriya, Cənubi Sudan, Ukrayna, Şərqi Çin və Cənubi Çin dənizi hövzəsində yeni və ya köhnə münaqişələrin alovlanması müşahidə edilməkdədir. İlk baxışdan, bu olayların müstəqil olduğu nəzərə çarpa bilər. Lakin diqqət yetirsək, onların ortaq xüsusiyyətləri olduğunu görəcəksiniz.
Bu münaqişələrin hər birində hərəkətverici qüvvə kimi əsasən qonşular arasında qədim tarixi ziddiyyətlərin dayandığı sezilir. Dini və milli münaqişələr enerji barədə fikirlərin qaynama nöqtəsinə çatır. İraq və Suriyada sünnilər, şiələr, kürdlər, türkmənlər və başqaları, Nigeriyada - müsəlmanlar, xristianlar və müxtəlif qəbilə qrupları arasında, Cənubi Sudanda dinka və nuer xalqları , Ukraynada isə vahid Ukrayna tərəfdarları ilə Moskvaya meyilli rusdilli əhali arasında toqquşma və s. Analitiklərə görə, çoxəsrlik nifrəti müşahidə etmək çox asandır. Məhz buna görə də düşmən münasibət tədricən bu cür münaqişələrə təhrik edir.
Bütün bunların əsasında qiymətli neft və qaz yataqları üzərində öz hökmranlığını bərpa etmək dayanır. Əlbəttə, bu vəziyyəti düzgün başa düşmək lazımdır: biz 21-ci əsrin enerji müharibələri ilə məşğul oluruq. Qısaca desək, bu münaqişələrin kökündə enerji resursları durur. Yada salsaq ki, neft və qaz dünyanın ən əhəmiyyətli və ən qiymətli malları, dövlət və korporasiyalar üçün gəlirin əsas mənbəyidir, bir daha şahid olarıq ki, onların istehsalı və paylanmasına nəzarət külli miqdarda gəlir gətirir. Həqiqətən, İraq, Nigeriya, Rusiya, Cənubi Sudan və Suriya kimi ölkələr gəlirinin əsas hissəsini neft satışından əldə etsələr də, böyük enerji şirkətləri bu prosesə böyük güc və təsir etmək iqtidarındadırlar. Onlar bu dövlətlərdə neft və qaz istehsalı sahələrinin idarə, həmçinin enerji satışından toplanması və həyati gəlir paylanmasını idarə edir. Bundan əlavə, biz enerjinin önəm kəsb etdiyi bir dünyada yaşayırıq. Belə bir dünyada neft və qaz ehtiyatları üzərində nəzarət konvertasiyaya çevriləcəyi halda, bu, iqtisadi etibarsızlıq üçün geosiyasi təsirə çevrilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info