Beynəlxalq Antikorrupsiya Akademiyası ilə uğurlu əməkdaşlıq
Tarix: 15.07.2014 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmlə qovuşur” mövzusunda dördüncü Yay Akademiyası (IACSA) keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 50-dən artıq ölkədən 65 nümayəndənin qatıldığı tədbirdə Azərbaycanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokurorları Sahib İsmayılov və Samir Mahmudov təmsil ediblər.
Tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr səsləndiriblər.
Kurslarda iştirakçılar işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında fəal iştirak ediblər. Hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilib. İnteraktiv şəkildə keçirilən təlimdə ekspertlər iştirakçıların suallarını cavablandırıblar.
Azərbaycan təmsilçilərinin iştirak etdiyi qrup müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif edilib.
Tədbirin sonunda iştirakçılara IACA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub. Azərbaycan Respublikası “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalarına uyğun olaraq beynəlxalq təşkilatlarla, o cümlədən IACA ilə işbirliyinin genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info