Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib
Tarix: 15.07.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
İyul ayı üçün bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq təhsil naziri Mikayıl Cabbarov növbəti vətəndaş qəbulunu Xırdalan şəhərində keçirib. Mikayıl Cabbarov Abşeron Rayon Mədəniyyət Mərkəzində Sumqayıt şəhərinin və Abşeron rayonunun sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləyib. Müvafiq şəhər və rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də qatıldıqları qəbulda, ümumilikdə, 57 vətəndaş iştirak edib. Müraciətlər əsasən ali təhsil, tələbələrin bir ali və orta ixtisas məktəbindən digərinə köçürülməsi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri, artıq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin diplomlarının tanınmasında yaranmış problemlər və s. məsələlərlə bağlı olub. Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi surətdə dinləyib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info