Məçburi köçkünlərimizin təsirli fotoşəkilləri “Foreign Policy” jurnalında
Tarix: 15.07.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Dünyanın ən məşhur jurnallarından biri, ABŞ-da işıq üzü görən "Foreign Policy" (Xarici siyasət) jurnalı cari buraxılışında dünya şöhrətli fotoqraf Ed Kaşinin çəkdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin təsirli fotolarını dərc edib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, sözügedən jurnalın təxminən 3.5 milyon onlayn oxucusu var. Fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə həyata keçirilən "Həyata keçməyən arzular" layihəsinin nəticəsidir. 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməkdə olan qurbanlarıdır.
Ed Kaşi 2012-ci ildə TEAS-ın dəvəti ilə Azərbaycana səfər edərək dörd düşərgədə qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotolar çəkmişdir. "Foreign Policy" jurnalının "Inbox" bölməsində dərc olunan, fotojurnalistikanın görkəmli nümunələrini ön plana çıxaran məqalədə bəyan edilir:
"Hazırda Dağlıq Qarabağ Ermənistan işğalçı qüvvələrinin işğalı altındadır. Hərbi işğal və itkilər münaqişənin nəticələrindən çox uzaqdır. Azərbaycan dünyada sayına görə ən çox qaçqın və məcburi köçkünə malik ölkədir."
"Foreign Policy" jurnalında dərc olunan fotolar Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərə səyahət edən 50 fotodan sadəcə beşidir. "Həyata keçməyən arzular" sərgisi artıq London və Parisdə öz izləyiciləri ilə görüşüb və gələcəkdə Berlin, Brüssel və İstanbulda da səfərdə olacağı planlaşdırılır.
Nyu Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini çəkməyə sərf edib. "VII Foto" agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri "National Geographic", "Newsweek", "Time" və "The New York Times" kimi mətbu orqanlarda dərc olunub.
Ed Kaşi digər mükafatları ilə yanaşı 2011-ci ildə "World Press Photo" müsabiqəsinin qalibi, 2010-cu ildə isə ilin "UNİCEF Photo" mükafatçısı olub və "Prize Pictet" qlobal fotoqrafiya mükafatına layiq görülüb. Onun 7 foto-kitabı dünyanın dörd bir yanını dolaşıb, "Fotojurnalistika" adlı son kitabı isə bu sahədə çalışanların istinadgahına çevrilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info