Prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilmiş imtahanda 73 nəfər uğur əldə edib
Tarix: 15.07.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə müvafiq olaraq prokurorluq orqanlarında mövcud vakant vəzifələrin aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməklə, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na uyğun olaraq elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.
Yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genproseсutor.gov.az) və Qəbul otağında yerləşdirilib.
Müsabiqənin bu mərhələsində uğur əldə etmiş 73 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən, Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 16 iyul 2014-cü il tarixdən tibbi müayinədən keçib sağlamlığı barədə müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəсək və növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).
Namizədlər tibbi müayinəyə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Əlavə məlumatı 437-28-56, 492-62-23 və 492-39-95 nömrəli telefonlarla almaq olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info