Beynəlxalq Gənclər Forumu iştirakçıları artıq Bakıdadırlar
Tarix: 15.07.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) əcnəbi gənclərin ölkəmiz, onun çoxmədəniyyətli, tolerant ənənəsi haqqında məlumat səviyyələrinin yüksəldilməsi, mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində həyata keçirdiyi “Multikulturalizmin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu layihəsi çərçivəsində əcnəbi gənc liderlər artıq Bakıdadırlar. Qeyd edək ki, layihə Prezident yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunur.
Öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən xarici ölkələrin gənclər təşkilatlarının təmsilçiləri sonra Bakı şəhəri, onun tarixi, mədəni və görməli yerləri ilə tanış oldular və şəhər gəzintisinə çıxdılar.
İyulun 14-də tədbirlərin proqramına uyğun Beynəlxalq Gənclər Forumu iştirakçıları ilə rəsmi strukturların, milli donor institutlarının, gənclərlə işləyən dövlət və qeyr-hökumət təşkilatlarının görüşləri başladı.
İlk görüş Prezident yanında Gənclər Fondunun təmsilçiləri ilə oldu. Fond nümayəndələri əcnəbi qonaqlara ölkə Prezidenti tərəfindən yaradılan bu strukturun fəaliyyəti haqqında geniş məlumatlar verdilər və bu barədə xüsusi təqdimat etdilər. Ölkənin gənclər təşkilatları, onların layihə və təşəbbüslərinin dəstəklənməsi sahəsində Fondun son 2 ildəki rolunu qeyd edən rəsmilər beynəlxalq əməkdaşlığa da xüsusi önəm verdiklərini bildirdilər. Sonda Fond təmsilçiləri qonaqların müxtəlif suallarını cavablandırdılar.
Forum iştirakçıları ilə 2-ci görüş Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında oldu. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tərəfindən qəbul edilən əcnəbi qonaqlara Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafından, 2007-ci ildə ölkə rəhbəri tərəfindən qəbul edilən Konsepsiyadan 6 il ərzində Şuranın gördüyü işlərdən, həyata keçirdiyi layihə və proqramlardan, QHT-lərə verdiyi dəstəkdən danışdı. F. Qurbanov Şuranın xarici ölkə QHT-ləri üçün də böyük imkanlar yaratdığını və bu sahədə artıq çoxsaylı layihələrin gerçəkləşdirildiyini vurğuladı.
Növbəti görüş AR Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi ilə keçirildi. Öncə qonaqlar üçün Milli Şuranın fəaliyyəti haqında qısa təqdimat edildi və milli gənclər platformasının yaxın perspektivdəki proqram və layihələri əcnəbi gənclərin diqqətinə çatdırıldı. Azərbaycanda gənclər siyasəti barədə maraqlı fikir və işlərlə yaxından tanış olan Forum iştirakçıları öz maraqlı suallarına da cavablar axtardılar.
Səmərəli keçən bütün görüşlər xarici ölkə gənc liderlərində böyük müsbət təəssüratlar yaratdı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info