Yaşlı məktəb direktorları öz postlarını itirməli olacaqlar
Tarix: 15.07.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin 65 yaşı çatmış məktəb direktorları haqqında özünəməxsus addımı barədə məlumat yayılıb. Bildirilir ki, nazir Mikayıl Cabbarovun göstərişinə əsasən Bakı Baş Təhsil İdarəsinin tabeçiliyndə olan orta məktəblərin təqaüd yaşı çatmış 50-dən yuxarı direktoru dərs ilinin başa çatmasına baxmayaraq, məzuniyyətə buraxılmayıb və onlara sənədləri qaydasına salmaqla işdən uşaqlaşmaq tapşırığı verilib. Yəni bu direktorlar çox böyük ehtimalla yeni dərs ilində öz postlarını itirməli olacaqlar. Eyni zamanda o da bildirilir ki, digər orta məktəb direktorları iyulun 4-dən məzuniyyətə buraxılsalar da onlara Bakı şəhərinin hüdudlarını tərk etməmək və Bakı Baş Təhsil İdarəsinin icazə olmadan istirahətə yollanmamaq göstərişi verilib. Direktorlarsa bu qərarın səbəbini bilmədiklərindən gileyləniblər. Çünki bəzi direktorlar ağır və yorucu dərs ilindən sonra yaxın və uzaq xarici ölkəyə sanatoriyaya və ya ixtisaslaşmış müalicə müəssisələrinə getməyə hazırlaşırmışlar. Hətta “putyovka”sı əlində qalan direktorların da olduğu deyilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info