Bu ilin ilk yarısında məşğulluq orqanları 13 742 nəfəri işlə təmin edib
Tarix: 15.07.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) və onun yerli orqanlarının 2014-cü ilin ilk yarımili ərzində fəaliyyətinin yekunlarına və səmərəli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində qarşıda duran vəzifələrə dair iclas keçirilib.
Nazirlikdən verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək, son 8 ay ərzində ƏƏSMN-in fəaliyyət sahələrində aparılan islahatlardan bəhs edib, aktiv məşğulluq tədbirlərinin təşkili işlərinin təkmilləşdirilməsinin də diqqətdə saxlandığı vurğulayıb.
İclasda cari ilin ilk yarımilinin yekunları, habelə məşğulluq orqanlarının fəaliyyətinə dair cari ilin aprelində keçirilmiş müşavirədə verilən konkret tapşırıqların icra vəziyyəti barədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisinin, Gəncə şəhər, Bakının Qaradağ və Sabunçu rayon Məşğulluq Mərkəzlərinin direktorlarının hesabat məruzələri dinlənilib. Bildirilib ki, hesabat dövründə məşğulluq xidməti orqanları tərəfindən 13 742 nəfər münasib işlə təmin edilib, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57 327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunub. Ali təhsilli, ilk dəfə işaxtaran bir qrup gəncin yeni iş yerində əmək haqlarının yarısının 6 ay müddətinə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən subsidiya şəklində işəgötürənlərə ödənilməsini nəzərdə tutan pilot layihəyə başlanılıb. İclasda əmək yarmarkaları, “Karyerada ilk addım” devizi altında ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirləri, Səyyar Əmək Birjası və “SYSLAB Təlim Mərkəzi”nin fəaliyyəti barədə də məlumat verilib. Rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən vakansiyaların toplanması, qanunvericilikdə müəyyən edilmiş kvotalar üzrə işədüzəltmənin cari vəziyyəti nəzərdən keçirilib.

Tədbirdə əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması, aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi barədə tapşırıqlar verilib. Habelə işsizlik müavinətlərinin təyin olunması və ödənilməsində şəffaflığın təmin edilməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına riayət edilməsi, vətəndaş məmnunluğunun təmin olunması tapşırılıb, fəaliyyət sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq diqqətə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
22.01.2019
Sumqayıt Kimya Sənaye Parkında bu il daha 5 müəssisə istismara veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info