Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə tədbirlər həyata keçirilib
Tarix: 15.07.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq səfərbərlik hazırlığının təmin edilməsi üçün 2014-cü ilin 6 ayı ərzində tədbirlər həyata keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Suraxanı rayon idarələrində, Abşeron, Ağdam, Bərdə, Biləsuvar, Xaçmaz, Göygöl, Kəpəz, Masallı, Nizami (Gəncə) və Şəki rayon şöbələrində, Qobustan, Xızı, Qax, Siyəzən, Şabran, Yardımlı və Samux rayon bölmələrində müvafiq rayon İcra Hakimiyyəti başçılarının iştirakı ilə ərazi icra nümayəndələri (xəbərdarlıq sahələrinin rəislərinə) üçün səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub. Məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib, hərbi vəzifəlilər qeydiyyatdan keçirilib. Eləcə də «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri onlara izah edilib.
Xatırladaq ki, qanunun müvafiq maddəsinə əsasən, vətəndaşlar səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə çağırış vərəqəsinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlir, aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə, həmçinin xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Xətai rayon idarələrində, Abşeron, Lənkəran, Masallı, Saatlı və Sabirabad rayon şöbələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri təyin olunmuş məntəqəyə toplanaraq onlara sıra baxışı təşkil olunub.
Səfərbərlik hazırlığı üzrə plana uyğun olaraq tədbirlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info