Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
Tarix: 15.07.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Biznes Mərkəzində Rusiyanın Tomsk vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumu keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kimya sənayesi avadanlığı, elektroenergetika, mühəndis tədqiqat işləri, İKT və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Azpromo-nun rəhbəri Rüfət Məmmədov çıxışında Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Rusiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunub, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb: "Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi ildən-ilə çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, həmçinin iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirib. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır".
R.Məmmədov bildirib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Onun sözlərinə görə, bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artıb. Bu gün Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər".
O əlavə edib ki, son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. dollar, qeyri-neft sektoruna isə 168,9 mln. dollar investisiya yatırılıb. Son 3 ildə Rusiyanın subyektləri ilə 13 biznes forum, işgüzar görüş və sərgi keçirilib. "Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Biz Rusiyanın ayrı-ayrı subyektləri ilə geniş əməkdaşlıq edirik. Lakin Tomsk vilayəti ilə bağlı təəssüf ki, bunu deyə bilmərəm".
Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan R.Məmmədov Rusiya iş adamlarını ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib. Rusiyanın Tomsk vilayətinin Ticarət və Sənaye Palatasının Xarici iqtisadi fəaliyyətin inkişafı mərkəzinin direktoru Aleksandr Belyayev Rusiya iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib.
Biznes forumda Azpromo-nun nümayəndəsi Zaur İbrahimov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Sonra Azərbaycanın "Səhhət" Klinikası və Rusiyanın "Korporativ Tibb Mərkəzi" arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info