İtaliyada dərs deyən azərbaycanlı: “Prezidentin İtaliyaya səfəri bu ölkədə maraqla qarşılanıb”
Tarix: 15.07.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan İtaliyanı neftlə təmin edən dördüncü ölkədir”

Prezident İlham Əliyevin İtaliyaya səfəri yerli mətbuat və ümumilikdə ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ölkə başçısının bu səfəri çərçivəsində keçirilən görüşlərin çoxluğu da diqqət çəkir. Bildiyiniz kimi artıq iki ölkə arasında sənədlərin imzalanması mərasimi də olub. İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" qəbul olundu. Bu isə zənnimizcə, xüsusi əhəmiyyətə malik bəyannamədir. Ümumiyyətlə, Prezidentin hər dəfə müxtəlif ölkələrə etdiyi səfərlərdən sonra həmin ölkələrlə Azərbaycan arasında daha da yaxınlaşmanın, münasibətlərin yeni mərhələyə qədəm qoymasının şahidi oluruq. Avropanın, eləcə də dünyanın aparıcı dövlətlərindən olan İtaliyaya səfərin də sonda bu amillərlə yadda qalacağına şübhə yoxdur. Ölkə başçısının İtaliyaya səfəri və burada keçirdiyi görüşlər İtaliyada ali təhsil alan və aktiv fəaliyyət göstərən gənclərimiz tərəfindən də diqqətlə izlənilir. Belə gənclərdən biri də İtaliyada ali təhsilini davam etdirən və eyni zamanda Venesiyanın Ka Foskari Universitetində Azərbaycan dilini tədris edəm Məryəm Mehdiyevadır. Məryəm xanım Prezidentin İtaliyaya səfərini şərh edərək, keçirilən görüşlərin nəticəsində İtaliya –Azərbaycan münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini söylədi. O, italyanların azərbaycanlılara və ümumilikdə Azərbaycana olan marağının da böyük olduğunu bildirdi.
- Prezidentin getdiyi ölkələrdə bu səfərlər məhsuldarlığı ilə yadda qalmaqla yanaşı, həmin dövlətlərdə ictimaiyyət tərəfindən böyük diqqətlə izlənir, yerli mətbuat səfərə daha çox diqqət ayırır. İtaliyada necə, bu səfərin yüksək ab-havası hiss olunurmu?
- Bunun özəl səbəbləri var. Çünki Azərbaycan günbəgün inkişaf edir və indi nəinki enerji amilinə görə diqqət mərkəzindəyik, həm də siyasi, iqtisadi potensiallarımıza görə də, partnyorlarımız çoxalır. İtaliyada da Prezidentimizin səfəri maraqla qarşılanıb desəm, yanılmaram. Bildiyimiz kimi, Azərbaycan İtaliyanı neftlə təmin edən dördüncü ölkədir. Digər üç ölkə isə Səudiyyə Ərəbistanı, Liviya və Rusiyadır. Yaxın gələcəkdə ölkəmiz Avropa ölkələrinə həm də böyük həcmdə qaz ixrac etməyə başlayacaq. Bu ixracat Yunanıstan və Albaniyadan keçəcək və İtaliyada son təyinat nöqtəsinə çatacaq. “Trans-Adriatik” qaz kəməri vasitəsilə həyata keçiriləcək bu böyük layihə Avropanın neft-qaz idxalının diversifikasiya siyasətinin bir hissəsidir. Bu səbəbdən İtaliya və Azərbaycan arasındakı əməkdaşlıq həm İtaliya, həm də Avropa ilə iqtisadi münasibətləri daha da möhkəmləndirmək üçün çox mühüm bir fürsətdir.
- Səfər çərçivəsində əməkdaşlıq haqda müzakirələr aparılır və çox güman ki, təhsillə bağlı da razılaşmalar, tələbə mübadilələri olacaq. Necə düşünürsünüz, bu görüşmələr həm də İtaliyada təhsil almağa gedən gənclərin sayına təsir edəcəkmi? Ümumiyyətlə, bu istiqamətdə canlanmaya ehtiyac varmı?
- Düşünürəm ki, səfərin məqsədi sırf bu deyil, amma təbii ki, iki ölkə arasında olan sıx əməkdaşlıq münasibətləri xaricdə təhsil almaq istəyən gənclərin də diqqətini çəkməyə bilməz. Ümumilikdə isə təhsil üçün məhz İtaliyaya üz tutmağa qərar verən tələbələrin sayı ildən-ilə artmaqdadır. Burada ali təhsilini davam etdirən və dərs deyən biri kimi deyə bilərəm ki, bu sayın artması sözsüz ki, çox əhəmiyyətlidir. Bu sayın artması sözsüz ki, əhəmiyyətlidir, amma daha önəmli olan bir gün italyan gəncləri arasında təhsil almaq üçün Azərbaycan Dövlət Neft Akademiyasını və ya digər ali təhsil ocaqlarını seçən gənclərin sayının gündən-günə artmasıdır. Həqiqətən də, bu istiqamətdə bir sıra işlər görmək lazımdır. Prezident getdiyi bütün ölkələrdə insan amilinə böyük önəm verir və tələbə mübadiləsini çox vaxt gündəmə gətirir. Buna Vyetnama səfərdə İlham Əliyevin çıxışı zamanı xüsusi vurğuladığı fikirləri də misal gətirmək olar. O, sovet dönəmində olan bu mübadilənin aktiv bərpasını qeyd etmişdi. İtalyan gənclərin də ölkəmizə marağını artırmaq bu işdə xüsusi önəmə malik olar.
- Bəs, ümumiyyətlə İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün hansı perspektivləri görürsünüz?
- Bəli, iqtisadi və siyasi münasibətlər getdikcə inkişaf edir. Bu səfəri İtaliyanın sabiq Baş naziri Covanni Lettanın səfərinin davamı və nəticəsi kimi qiymətləndirmək olar. İndi İlham Əliyevin yeni Baş nazir Matteo Renzi və Prezident Corcio Napolitano ilə görüşməsi əməkdaşlıqların və layihələrin qaldığı yerdən davam edəcəyinin bir növ zəmanətidir. Bunların hamısı Azərbaycana olan böyük marağın göstəricisidir. Düşünürəm, perspektivdə bir çox məsələlər var ki, bu istiqamətdə yeni mərhələlər açıla bilər.
- Hazırda ali təhsil almaqla yanaşı, hansı işlərlə məşğul olursunuz? İtalyan gənclər arasında təbliğat fəaliyyətiniz olurmu?
- Bəli, mən də İtaliyada təhsil alan tələbələrdən biriyəm. Ölkəmə, Vətənimizə bağlıyam və bildiyiniz kimi Azərbaycan Dillər Universitetinin məzunuyam və yaxında Beynəlxalq münasibətlər və reklam fakültəsinin məzunu olacağam. Eyni zamanda, Venesiyanın Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm. Qeyd edim ki, Azərbaycanın artan nüfuzu, hər dərc olunan yeni xəbər tələbələrin də bu dili öyrənməyə olan marağını artırır. Mən də bacardığım qədər bu marağa rəng qatıram və Azərbaycan reallıqlarını gənclərə, tələbələrə çatdırıram.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info