ADA Universitetində tədbir
Tarix: 15.07.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


ADA Universitetində “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər” adlı Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib.
Layihə BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilib.
Yekun mərhələdə BMT Modeli Seminarı təşkil edilib və iştirakçıların təltifolunma mərasimi keçirilib.
Layihə çərçivəsi görülən işlərdən danışan ARGTMŞ icraçı direktoru Seymur Hüseynov bildirib ki, seminar BMT-nin müxtəlif komitə nümayəndələrinin gənclər tərəfindən təmsil olunduğu simulyasiya oyunudur. Oyun zamanı 40 nəfər gənc 5 region ölkələrinin nümayəndələrini canlandıraraq təmsil etdikləri ölkələrə xas olan problemlərlə bağlı müzakirələr aparıb, təkliflər və təkliflərin icra mexanizmlərini irəli sürüb. S.Hüseynov xatırladıb ki, BMT modeli simulyasından əvvəl Gəncə və Quba şəhərində məsləhətləşmələr keçirilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə bildirib ki, bu layihəyə ev sahibliyi etməkdən qürur duyur. O deyib ki, layihənin gənclərin inkişafına dəstək verməsi, beynəlxalq aləmdə nüfuza sahib olması ADA-nın layihəyə marağını artırıb.
F.İsmayılzadə bildirib ki, layihənin məqsədi ADA Universitetinin missiyası ilə üst-üst düşür.
Daha sonra çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə qeyd edib ki, belə müzakirələrin aparılması gənclərin inkişafı üçün çox vacibdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə qeyd edib ki, bu cür layihələrin keçirilməsində əsas məqsəd gənclərimizin öz sözünü deməsinə, öz bilik və bacarıqlarını ortaya qoymasına, layihələrini ortaya çıxarmasına şərait yaratmaqdır: “Bu layihəni gələn il də keçirməyi planlaşdırırıq. Biz artıq əminliklə deyə bilirik ki, Azərbaycan gənci bütün dünyada özünə layiqli mövqe tutub. Gənclərimiz ölkə hüdudlarından kənarda ölkəmizi layiqincə təmsil edir. Biz də bildirmək istəyirik ki, hər zaman gənclərimizin yanında olacağıq, onların təşəbbüslərinə dəstək verəcəyik. Bu, vətəndaş cəmiyyətinin formalaşması üçün də çox vacibdir”.
Tədbirin sonunda layihədə fəal iştirak edən gənclər mükafat və sertifikatlarla təltif olunublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info