“Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik”
Tarix: 15.07.2014 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filminin işçi qrupunun iclası keçirilib.
İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq akademiyanın 70 illiyi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb. 2015-ci ildə keçiriləcək yubileylə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən akademiyanın 70 illik tarixini əks etdirəcək sənədli filmin çəkilişinin qərara alındığını qeyd edən akademik İsa Həbibbəyli filmin çəkilişi ilə bağlı təklif və mülahizələrini bildirib. Diqqətə çatdırılıb ki, çox böyük və məsuliyyətli bir iş üçün ilkin plan hazırlanıb, bu məqsədlə bəzi arxiv sənədləri əldə edilib, sənədli kinoxronika materialları toplanıb. Akademik İsa Həbibbəyli 1945-ci ilin tarixi sənəd, foto və videolentlərinin əldə edilməsinin zəruriliyini bildirərək nəzərdə tutulan filmdə müstəqillik illərində qazanılmış elmi nailiyyətlərin, müxtəlif arxeoloji və geoloji ekspedisiyaların fəaliyyətinin də işıqlandırılmasının əhəmiyyətindən danışıb. Akademik Akif Əlizadənin rəhbərliyi ilə xüsusilə son bir il ərzində akademiya üzrə aparılmış genişmiqyaslı islahatlarla bağlı süjetlərə də geniş yer veriləcəyini bildirən vitse-prezident bununla əlaqədar işçi qrupunun qarşısında duran vəzifələrdən ətraflı bəhs edib, qrupda yer alan alim və mütəxəssislərin konkret vəzifələrinin müəyyənləşdirilməsi ilə əlaqədar fikirlərini nəzərə çatdırıb.
Müzakirələrdə işçi qrupunun üzvlərindən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, rejissor Ayaz Salayev, filologiya üzrə elmlər doktoru Asif Rüstəmli və elmi işçi Arif Ramazanov çıxış edərək filmlə bağlı təkliflərini verib, mülahizələrini bildiriblər.
Akademik İsa Həbibbəyli ssenarinin elmi-publisistik üslubda yazılması, çəkiliş qrupunun vəzifələri, aparılacaq çəkilişlərin məkanı, müsahiblər, Moskva, Kiyev, Sankt-Peterburq, Tiflis arxivlərində və elmi qurumlarında iş, vəzifə bölgüsünün müəyyənləşdirilməsi ilə əlaqədar təkliflərini verib ki, bu da işçi qrupu tərəfindən bəyənilib.
Qeyd edək ki, AMEA-nın 70 illik yubileyi münasibətilə hazırlanacaq “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filminin ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rejissoru Ayaz Salayevdir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info