“Hərbi təyyarəmizi Rusiya vurub”
Tarix: 15.07.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Luqansk səmasında vurulan və Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” hərbi nəqliyyat təyyarəsinin Rusiya ordusu tərəfindən vurulduğu açıqlanıb.UNİAN-nın verdiyi xəbərə görə, bunu Ukrayna Təhlü kəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bəyan edib.
V. Nalivayçenko bildirib ki, təyyarənin Rusiya tərəfindən vurulduğuna dair təkzibedilməz sübutlar var. O, apardıqları təhqiqatın nəticələrini bu gün ölkə prezidenti Petro Poroşenkoya təqdim edəcəklərini deyib: “Təhqiqat başa çatıb. Təkzibedilməz sübutlar var, bunlar əvvəlcə prezidentə məruzə ediləcək, daha sonra dərc olunacaq”.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Rusiya ilə həmsərhəd Luqansk vilayəti ərazisində Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” hərbi nəqliyyat təyyarəsi 6500 metr yüksəklikdə vurulub. Təyyarədə 7 ekipaj üzvü və yükü müşayiət edən bir nəfər olub. Ekipaj təyyarə vurulduqdan sonra paraşütlə yerə tullanıb. Onlardan ikisi separatçılara əsir düşüb, digər 6 nəfərin taleyi naməlumdur. Separatçıların əlində bu yüksəklikdə uçan təyyarəni vura biləcək silah sisteminin olmadığı bildirilir.
Ukraynanın Avropa Birliyindəki daimi nümayəndəsi Konstantin Yeliseyev Ukraynanın şərqindəki separatçıların Rusiya tərəfindən dəstəklənməsi ilə bağlı sənədləşdirilmiş faktları AB və Avropa Parlamentinə təqdim edib. O bildirib ki, Ukraynanın antiterror əməliyyatında qazandığı uğurlardan sonra Rusiyanın separatçılara dəstəyi daha açıq və kobud xarakter alıb. Səfir Avropa Birliyini AB Şurasının iyulun 16-da keçiriləcək toplantısında Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info