Naxçıvanda iftar mərasimi
Tarix: 16.07.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək deyib:

“Bu gün sizinlə müqəddəs bir gündə - mübarək Ramazan ayında görüşürük. Bu ayın fəzilətləri çoxdur. Onlardan biri də ilahi düşüncə və müdriklik xəzinəsi olan müqəddəs Qurani-Kərimin bu ayda tamamlanmasıdır. Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulub. Ona görə ki, bizim xalqımız da daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib”.
Qeyd olunub ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Buna görədir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümü günündə keçirilən iftar mərasimində dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib, çıxışını ulu öndərin müdrik kəlamları ilə tamamlayıb: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Qarnizonunun hərbi hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılıb, ümumilikdə iftar mərasimlərində min nəfərdən artıq insan iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info