İngilis silah ticarətinin sirləri
Tarix: 16.07.2014 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


İngiltərənin "New Statesman" nəşrində Maykl Xodjesin müəllifliyi ilə bu ölkənin silah satışı ilə bağlı yazısı dərc edilib. Müəllif ölkədə nəşr edilmiş “Yüksək dairələrdə yalan. Britaniya silah ticarətinin rüşvət tarixi” kitabına istinadən bildirir ki, ingilislərin son yarım əsr ərzində silah təchizatı üçün müqavilələr əldə etmək üçün etdiyi qeyri-qanuni ödənişlər Qətəri 2022-ci ildə FIFA-nın Dünya Kubokuna ev sahibliyi etmək hüququndan məhrum edib:
“Bununla belə, Fars körfəzinin bu ölkəsinin idman rəhbərliyi Qətərin namizədliyini dəstəkləmək üçün ABŞ rəsmilərinə 5 milyon dollar vermək məcburiyyətində qalıb. Müəllifin iddiasına görə, İngiltərə Futbol Assosiasiyası da 2018-ci ildə keçiriləcək Dünya Kuboku müsabiqəsi zamanı bu addımı atıb. Digər ölkələr, korrupsiyaya bulaşmış ərəblər, afrikalılar üçün bu, başadüşüləndir. Amma biz? Bu, sadəcə düşünülə bilməz. Əcnəbilərin təbiətində belə bir tendensiya var”.
Müəllif ölkə tarixində keçmiş günahların müasir nəticələrini ifşa edən, o cümlədən, Səudiyyə Ərəbistanı ilə davam edən uyğun münasibətləri xatırladır: “ Belə ki, enerjili lobbiçi Marqaret Tetçerin “al-Yamama” adlı hərbi texnika şirkəti BAE-nin təchizatı üçün bağladığı müqaviləni xatırladır. Müəllif tədqiqat materiallarına istinadən bildirir ki, dünya təcrübəsində kiçik silah biznesi önəm kəsb etsə də, Britaniya əsasən qırıcı təyyarələr, tank və radar sistemlərinin satış mübadiləsi edib. Cənubi Afrika dövlətini nümunə kimi göstərən müəllif qeyd edir ki, bu ölkədə dövlət büdcəsi hesabına alınan silahlar son anda birbaşa yerli əhaliyə qarşı istifadə edilib. 1999-cu ildə Cənubi Afrika 5 milyard dollarlıq hərbi müqavilələr imzaladı. Bu ərəfədə ölkədə tüğyan edən xəstəliklə mübarizədə prezident Thabo Mbeki bəyan etdi ki, ölkəsi HİV-ə yoluxmuş vətəndaşlara antiretroviral almaq iqtidarında deyil. Məhz bunun nəticəsi kimi, 2000-2005-ci illər arasında 300 mindən artıq cənubi afrikalı həlak oldu.
Başqa bir misal. 1970-ci ildə İran ordusunu «Çiften» tankları ilə təmin etmək üçün müqavilə imzalandı. Eyni zamanda, bu mövzuda danışıqlar gizli keçirilsə də, intriqa ilə müşayiət olunurdu. Bununla belə, ingilislər müqaviləni əldə edə bildilər. Amma ölkəyə gətirilən “Çiften” tankları ilk olaraq 1978-ci ildə şah rejiminə qarşı çıxan iranlı tələbələrə qarşı yeridildi. 1998-ci ildə artıq etirazlar inqilaba çevriləndə ölkənin "Müdafiə Nazirliyində çaxnaşma başladı". Belə ki, yeni İran rejimi Britaniya ilə silah təchizatı üçün bağlanmış bütün müqavilələri ləğv etdi.
Amma İordaniya kralı Hüseyn İran üçün hazırlanmış və artıq lazımsız ola biləcək tankları almaqla, Lidsdə yerləşən kral hərbi zavodunun sonrakı fəaliyyətinə yardımçı oldu”.
Müəllifin təbirincə, kitabda simvol kimi, Amerika siyasətçisi, sonralar hakimiyyətə gəlmiş Cim Karterin xaricdə korrupsiyaya qarşı mübarizə haqqında təsdiq etdiyi qanun daha çox önəmlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info