"Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanın dünyada imici daha da yüksəlib”
Tarix: 16.07.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Parisdə Azərbaycanın Dostları Assosiasiyası
yenidən fəaliyyətə başlayıb

Parisdə Azərbaycan mədəniyyəti mərkəzində Azərbaycanın Dostları Assosiasiyasının yenidən fəaliyyətə başlanmasına həsr olunan mərasim keçirilib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov assosiasiyanın Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən tərəfindən təsis olunduğunu və diplomatın uzun müddət bu quruma rəhbərlik etdiyini bildirib.
Vurğulanıb ki, son illər ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfir deyib ki, ölkələrimiz arasında əlaqələrə yeni dəyərlər vermək məqsədilə Milli Assambleyanın deputatı Jan-Fransua Mansel assosiasiyanın fəaliyyətinin gücləndirilməsi təşəbbüsü ilə çıxış edib. Fransız və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində hələ çox işlərin görülməsinin vacibliyini vurğulayan səfir, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirildiyini xatırladıb, assosiasiyasının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə və ölkəmizi fransızlara daha yaxından tanıtmaq istiqamətində mühüm layihələr həyata keçirəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel xalqımızın qədim tarixini, zəngin mədəni dəyərlərini fransızlara daha yaxından tanıtmaq üçün bütün imkanlardan istifadə edəcəklərini, Azərbaycan ilə bağlı Fransada təşkil olunan müxtəlif tədbirlərdə assosiasiyanın fəal iştirak edəcəyini və əməli kömək göstərəcəyini diqqətə çatdırıb. O, Kannda ikinci dəfə Azərbaycan mədəniyyəti günləri ilə bağlı müxtəlif tədbirlərin yüksək səviyyədə keçirildiyini və bu tədbirlərin istər yerli sakinlər, istərsə də şəhərin qonaqları arasında böyük maraq doğurduğunu vurğulayıb. Sədr Azərbaycan ilə bağlı keçirilən tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına yeni-yeni töhfələr verdiyini və bu tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın Cənubi Qafqazın lider və aparıcı ölkəsi kimi dünyada imici daha da yüksəlib. Tolerantlığı ilə digər ölkələrdən fərqlənən Azərbaycanda milli azlıqlarla yerli əhali arasında heç bir fərq qoyulmur, elə bu səbəbdən də digər ölkələrə əsl tolerantlıq nümunəsidir. Jan-Fransua Mansel Azərbaycanı fransızlara daha yaxından tanıtmaq üçün onların Bakıya səfərlərinin təşkilinin, şəhərlər arasında qardaşlaşmanın vacibliyini diqqətə çatdırdı, ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün qarşıda çoxlu işlərin görüləsi olduğunu və bu istiqamətdə əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Sonda fransız musiqiçilərinin ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının klassik əsərləri səslənib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info