“Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsini çox üstələyir”
Tarix: 16.07.2014 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Son 6-7 il ərzində Azərbaycan müasir hərbi texnika əldə etməyə çalışaraq silahlanma yarışında Ermənistanı qabaqlayır”
“Avropa Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlamasına imkan verməz. Bunun əsas səbəbi Azərbaycanın enerji ehtiyatlarıdır”. Bu sözləri “Birinci İnformasiya”ya verdiyi açıqlamada Siyasi və Hərbi Analiz İnstitutunun rəhbəri, hərbi ekspert Anatoli Çıqanok bildirib. Ekspert son vaxtlar Ermənistan-Azərbaycan təmas xəttində baş verən atışmaları dəyərləndirib.
Onun sözlərinə görə, 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra fəal müharibə dayansa da müxtəlif xarakterli diversiyaların arası kəsilməyib. Əksinə tərəflər bir-birinə qarşı təxribat xarakterli fəaliyyətlərini artırıblar: “Atəşkəs müqaviləsinin qüvvəyə minməsindən sonrakı gündən başlayaraq tərəflər onu pozurlar. Amma bu pozulma fəal müharibəyə keçmir. Çünki bu, nə tərəflərə, nə də Rusiya və Qərb timsalında supergüclərə sərf etmir. Mənim fikrimcə, bu gün regionda müharibə təhlükəsi yoxdur. Doğrudur, son vaxtlar tərəflər arasında silahlanma yarışı başlayıb. Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsini çox üstələyir. Son 6-7 il ərzində Azərbaycan müasir hərbi texnika əldə etməyə çalışaraq silahlanma yarışında Ermənistanı qabaqlayır. Azərbaycanın bu qədər fəallaşmasının səbəblərindən biri də Rusiyanın başının Ukraynaya qarışmasıdır. Hamı bilir ki, Ukrayna məsələsinə görə, Rusiya qoşunları döyüş hazırlığı vəziyyətindədir. Heç kim müharibənin olmasına imkan verməyəcək. Rusiyaya regionda əlavə problem lazım deyil. Avropa isə Rusiyadan mavi yanacaq alma məsələsinə görə çox narahatdır. Regionda Rusiyadan sonra ən böyük qaz istehsalçısı isə Azərbaycandır. Belə olan halda Avropa müharibənin başlamasına imkan verməz. Müharibənin başlamamasının daha bir səbəbi isə Əfqanıstanla bağlıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info