“Bu səfər mövcud tərəfdaşlığı daha da möhkəmləndirəcək”
Tarix: 16.07.2014 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


“İtaliya şirkətləri tikinti, infrastruktur,
informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm kimi sahələrdə də Azərbaycanda fəaliyyət
göstərməkdə maraqlıdırlar”

İtaliyanın bir sıra xəbər agentlikləri, informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr yayıb.
Məqalələrdə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Azərbaycan-İtaliya münasibətlərinin hazırkı durumu, səfər çərçivəsində keçirilən görüşlər və bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri təhlil olunur. “Affari İnternazionali” onlayn jurnalında yerləşdirilmiş məqalədə deyilir ki, altı illik fasilədən sonra Azərbaycan Prezidenti İlham Əliyev yenidən İtaliyada səfərdədir. Səfər çərçivəsində keçirilən görüşlər ikitərəfli münasibətlərin müzakirəsi baxımından yaxşı imkan yaradıb. Uzun illərdir ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu səfər mövcud tərəfdaşlığı daha da möhkəmləndirəcək. Hazırda Xəzər dənizinin təbii qaz ehtiyatlarını İtaliya vasitəsilə Avropaya çatdıracaq TAP layihəsi hər iki ölkə üçün aktual məsələdir. Digər tərəfdən, qarşılıqlı investisiya yatırımları ilə bağlı mövzular da gündəmdədir. İtaliya şirkətləri təkcə enerji sektorunda deyil, həmçinin tikinti, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm kimi sahələrdə də Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu kontekstdə TAP-ın reallaşması iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafını müəyyənləşdirmək üçün vacib amildir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin gələcək durumuna da təsir edəcək. TAP layihəsi 2019-cu ildə başa çatdırıldıqdan sonra 10 milyard kubmetr həcmində Azərbaycan qazının İtaliyaya nəqli planlaşdırılır. Bununla da çoxlu yeni iş yerinin açılması nəzərdə tutulub.
“TM news” xəbər agentliyinin saytında və “Staffetta quotidiana” portalında isə Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Corco Napolitanonun görüşü ilə bağlı məlumatlar yer alıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info