Azərbaycanın Niderlanddakı səfirliyində “dəyirmi masa” təşkil edilib
Tarix: 16.07.2014 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi Cənubi Qafqaz regionundan olan diplomatlar üçün treninq proqramının iştirakçıları və Benilüks Azərbaycanlıları Konqresinin gənc üzvləri ilə "dəyirmi masa" təşkil olunub.
Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycandan və Gürcüstandan olan gənc diplomatlar, Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun professor heyəti, Niderlandda fəaliyyət göstərən aparıcı diaspor təşkilatları - Benilüks Azərbaycanlıları Konqresi, Niderland Krallığında yaşayan gənc azərbaycanlı mütəxəssislər və Səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbiri Səfirliyin müşaviri Aliyə Ağazadə giriş nitqi ilə açaraq qonaqları salamlayıb, Azərbaycanın xarici siyasətinin uğurlarından danışıb. O, cari ilin iyul ayının 7-də Xarici İşlər Nazirliyində keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsinin əsas məqamlarını diqqətə çatdırıb, müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı əsasında Azərbaycan diplomatlarının qarşısına qoyulan məqsədlər barədə iştirakçıları məlumatlandırıb, Azərbaycan diplomatiyasının prinsipial və müstəqil olması, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artması, Azərbaycanın dünyada özünün etibarlı dost və tərəfdaş kimi təsdiq etməsi, Azərbaycanın müsbət beynəlxalq imici, ölkənin uğurlu enerji siyasəti və bu xüsusda digər vacib məqamlara toxunub.
Bundan əlavə, ölkənin daxili, xarici, iqtisadi, sosial inkişafı, ordu quruculuğu sahəsində düşünülmüş konseptual yanaşmaya söykənən siyasətinin uğurlarını xüsusi olaraq vurğulayıb.
Tədbir zamanı iştirakçılara Azərbaycanın dinamik iqtisadi inkişafı sahəsində əldə etdiyi uğurlar, yüksək iqtisadi artım, regionların inkişafı, əsaslı quruculuq işləri, həmçinin Azərbaycanda gənclərlə bağlı siyasət və bu sahələrdə reallaşdırılan proqramlar haqqında ətraflı məlumat verilib.
Daha sonra Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri, regionda uzadılmış münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hal-hazırda problemin həlli istiqamətində aparılan işlər dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Cənubi Qafqazda uzadılmış münaqişələr regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. İştirakçılar tərəfindən sözügedən münaqişələrin beynəlxalq hüququn prinsipləri - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin rəhbər tutularaq həllinin vacibliyi vurğulanıb.
Dəyirmi masa maraqlı diskussiya şəraitində keçmiş, iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunanlarla yanaşı, dəyirmi masa iştirakçıları Səfirlikdə "YARAT" Müasir İncəsənət Məkanı ilə birlikdə 28 iyun - 18 iyul 2014-cü il tarixlərində təşkil olunan gənc azərbaycanlı fotoqraf Nəzrin Məmmədovanın əsərlərindən ibarət sərgiyə tamaşa ediblər. Sözügedən sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Dəyirmi masadan sonra ziyafət təşkil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Koronavirus təhlükəsi ilə bağlı AQTİ-nın laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
27.02.2020
Daxili İşlər naziri Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək
27.02.2020
“Developing Digital Youth Work” layihəsinin icrasına başlanılıb
27.02.2020
Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi: Həyata keçirilən tədbirlər DST-nin tövsiyələrinə uyğundur
27.02.2020
Baş Prokurorluq və DİN: Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs məhv edilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
5 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info