AZAL Braziliya istehsalı olan təyyarələr alır
Tarix: 16.07.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Britaniyada keçirilən "Farnboro" aviaşousu çərçivəsində Braziliya istehsalı olan iki «Embraer-190» sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
“Embraer” aviasiya sənayesi şirkətinin verdiyi xəbərə görə, «Embraer-190» tipli bu iki təyyarə Heydər Əliyev Hava Limanında beynəlxalq uçuşların - əsasən Bakıdan Avropa marşrutları üzrə Praqa, Milan və ya Romaya həyata keçirilməsində istifadə ediləcək. Müqavilənin ümumi dəyəri 95,4 mln. dollar təşkil edir.
Bununla da AZAL-ın təyyarə parkında 6 “Embraer” tipli təyyarə olacaq. Onlardan ikisi “E-170”, dördü “E-190” tipli təyyarələrdir.
“Embraer” şirkətinin prezidenti və icraçı direktoru Paulo Sezar Silva bildirib ki, AZAL-ın bu sifarişi QSC-nin şirkətə olan etimadını nümayiş etdirir. O, təyyarələrin üstünlüklərindən danışarkən deyib ki, “E190” tipli sərnişin təyyarəsi sərnişindaşımaların ucuz həyata keçirilməsinə imkan açır.
Öz növbəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov isə deyib ki, AZAL “E190S” modelindən olan təyyarə ilə uçan sərnişinlərdən müsbət rəylər alır: “Bundan başqa, “Embraer” təyyarələrinin istismarı yüksək effektivlik nümayiş etdirir. Bu təyyarələr Avropaya yeni marşrutların açılmasına şərait yaradacaq”.
Qeyd edək ki, hazırda AZAL-ın təyyarə parkında 7 "Airbus A-320", 4 "Boeing-757-200", 3 "Airbus A-319", 2 "Airbus A-340", 2 "Boeing-767-300ER" və artıq 4 "Embraer-190" avialaynerləri olacaq
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info