Ermənistanı maaş ala bilməyənlərin tətilləri bürüyür
Tarix: 16.07.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Ermənistanın "Nairi" kimya sənayesi flaqmanının kollektivi 18 aydır ki, əmək haqqı ala bilmir. Bəzi işçilərin müxtəlif qurumlara şikayətləri, tətillər, hədələr heç bir nəticə verməyib.
Son zamanlar burada kimlər olmayıb ki? Ermənistan hökumət rəhbəri, nazirlər, məsul şəxslər. Hamı ancaq söz verir - pul olacaq. Və bu vəziyyət il yarımdır ki, davam edir. Ölkə rəhbərliyi özü də bu qurumla nə etməli olduğunu bilmir.
Yerli jurnalistlərə məlumat verilib ki, guya "Rosneft"lə danışıqlar aparılır. Bu şirkət ölüm ayağında olan müəssisəni xilas edə bilər.
Bu gün yerli mətbuatın yazdığına görə, bütün ölkə iqtisadiyyatı praktiki olaraq şimal qonşusunun nəzarəti altındadır. Əgər hər hansı müəssisə yaşayırsa, bu ancaq Rusiya pullarının hesabınadır.
Bu gün isə kimya sənayesi ilə məşğul olan digər iri şirkətdə tətil başlayıb. Burada da artıq 11 aydır ki, maaş yoxdur. Xalqa lazım olan pulun nə zaman olacağı haqqında isə heç nə demirlər.
Ermənistanda daxili siyasi vəziyyət gün-gündən çətinləşir. Ölkə əhalisi avqustun 1-dən elektrik enerjisinə görə 10 faiz daha çox pul ödəyəcəkləri xəbərindən şokdadırlar.
Bu isə təbii olaraq ilkin tələbat məhsullarının qiymətinin artmasına səbəb olacaq.
Buna görə də, bu payızın çox qaynar olacağı barədə erməni müxalifətinin proqnozları özünü doğruldur.
Serj Sarkisyan istefası haqqında tələblərin günü-gündən artır.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info