Dünya Bankı Azərbaycana 150 milyon dollar ayırıb
Tarix: 16.07.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda reallaşdırılan ikinci "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsinə əlavə maliyyələşdirmənin ayrılmasının bəyənib. Bu barədə DB-nin saytında yerləşdirilmiş xəbərdə deyilir.
Məlumatda bildirilir ki, 150 milyon dollar məbləğində əlavə vəsait ölkə regionlarının su təchizatının keyfiyyətinin və etibarlılığının artırılmasına, mövcud su boruları və kanalizasiya şəbəkələrinin genişləndirilməsinə yönəldiləcək.
Layihədə Azərbaycan hökumətinin payı 83 milyon dollar təşkil edir. Əlavə maliyyələşdirmə çərçivəsində layihənin reallaşma müddəti 31 dekabr 2017-ci ilədək uzadılıb.
DB-nin Cənubi Qafqaz üzrə direktoru Henri Keralinin sözlərinə görə, göstərilən əlavə maliyyələşdirmə Azərbaycan hökumətinin ölkənin regionlarında reallaşdırdığı su təchizatının yaxşılaşdırılması üzrə kompleks proqramı tamamlayacaq.
Kerali deyib: "Etibarlı su təminatı və kanalizasiya kimi ictimai infrastrukturun baza xidmətlərinin təqdim edilməsi kənd əhalisinin həyat səviyyəsinə əhəmiyyətli təsirə malik olacaq, həmçinin yoxsulluğun azaldılması üzrə DB qrupunun hədəflərinə nail olmağa və ümumi çiçəklənməyə imkan yaradacaq".
İkinci "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi 2008-ci ildən reallaşdırılır və 120 mindən artıq sakini əhatə edərək artıq 3 regional mərkəzdə müvafiq infrastrukturun yaxşılaşdırılmasına kömək edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info