Bəşir Hacıyev: “Caspian Sea Resort” yüksək turist axınına nail olub”
Tarix: 16.07.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


«Caspian Sea Resort» hotelinin baş direktoru Bəşir Hacıyev bizə otelinin imkanlarından bəhs etdi.

-Hotel haqda bizə bəhs edə bilərsinizmi? «Caspian Sea Resort» hotelində hansı kateqoriyalı nömrələr təklif olunur? Otelin qonaqları başqa hansı xidmətlərdən faydalana bilər?
-«Caspian Sea Resort» hoteli Nabranda qabaqcıl hotellərdən biridir. Hotel Xəzər dənizinin sahilinə yaxın yerləşir. Hoteldən sahilə piyada iki dəqiqəlik körpü ilə yol var. Hotel 2008-ci ildən fəaliyyət göstərir. Hotelin əsas məqsədi regionlarda turizmin inkişafına töhfə verməkdən, eləcə də xarici qonaqların cəlb olunmasından ibarətdir.
«Caspian Sea Resort» hotelində 26 standart nömrə, 2 VİP villa qonaqların qonaqların istifadəsinə verilir. Standart nömrəyə yataq otağı, qonaq otağı və vanna otağı daxildir. Bundan əlavə, hər bir nömrə hotel ərazisinə balkonla ilə tamamlanıb.
Hotelin ərazisində böyük hovuz, bilyard zalı, stolüstü tennis, peyntbol sahəsi, şəxsi təlimçi ilə fitnes zalı xidmət göstərir. Hoteldən velosiped icarəyə götürməklə gəzintiyə çıxmaq mümkündür. Hoteldə göstərilən əlavə xidmətlərdən biri kimi, kvadrotsikli misal gətirmək olar. Yüksək ixtisaslı və təcrübəli təlimçinin köməyi ilə qonaqlar məharətlə kvadrotsikl sürməyi öyrənə bilər.
-Xahiş edirəm, hotelə məxsus restoranlardan bizə bəhs edəsiniz.
-Hoteldə iki restoran fəaliyyət göstərir. “La Terrace” restoranında müştərilərə dünya mətbəxinin nümunələri təklif olunur. “Dalğa” restoranı hotel qonaqları ilə yanaşı, dəniz mənzərəli rahat atmosferdə unudulmaz axşam keçirmək istəyənlərin xidmətindədir.
«Caspian Sea Resort» qonaqlarına gündə üç dəfə yemək xidməti göstərir. Biz qürurla qonaqlara İsveç stolunu təqdim edirik, belə şəraitdə qonaqlara istədiyi yeməyi istədiyi miqdarda seçmək imkanı verilir. Yeməklərdən əlavə, restoranda spirtli içkilər də sifariş etmək mümkündür. İsveç stolu yalnız hotel qonaqlarının xidmətində olmur. Arzu edən hər bir kəs bu restoranın ləziz təamlarından dada bilər. Hovuzun kənarında yerləşən “Pool Bar” hər hansı idman oyunu və yaxud film seyr edərək sərbəst atmosferdə vaxt keçirmək istəyənlər üçün ideal məkandır.
-Hoteldə təhlükəsizlik məsələləri necə həll olunur?
- Bu məsələ ilə bağlı ilk olaraq onu deyərdim ki, ixtisaslaşmış təhlükəsizlik xidməti hotel ərazisinin 24 saat keşiyində durur. Hotel və dəniz arasında xüsusi körpü qurulub. Dənizdə çimmək və yaxud sahildə gəzmək istəyən qonaqlar avtomobil yolunun üstündən keçərək sahilə enə bilər. Əminlikdə deyə bilərəm ki, hoteldə təhlükəsizlik yüksək səviyyədə təmin olunub.
- «Caspian Sea Resort» hoteli hansı kateqoriyalı insanlar üçün nəzərdə tutulub?
- Hotelimizin konsepsiyası əsasən ailəvi istirahət və individual şəkildə səyahət edənlərə mükəmməl şəkildə uyğun gəlir. Arzu edənlər müxtəlif tədbirlərin və konfransların keçirilməsi üçün hotelimizə müraciət edə bilərlər. Çalışırıq, çevik qiymət siyasətinə sadiq qalaq, lakin korporativ turistlərə də individual şəkildə yanaşırıq.
-«Caspian Sea Resort» hotelində tədbirlər keçirilirmi?
- Ötən tədbirlərdən bəhs edərkən istərdim, hotelin qonaqları üçün təşkil olunmuş muğam və caz axşamlarını misal gətirim. Hotelin rəhbərliyi uşaqları da diqqətdən kənarda qoymayıb. Hotelin ərazisində yelləncəklər qurulmuş uşaq meydançası mövcuddur. Burada həmçinin uşaqların maraqlı və əyləncəli vaxt keçirməsi üçün “Kids Club” yaradılıb. “Caspian Sea Resort” müxtəlif təqdimatların, ad günlərinin, eləcə də toyların keçirilməsi üçün ideal məkandır. Hotelin əsasən yay fəslində fəaliyyət göstərməsinə baxmayaraq, burada qeyri-fəsil zamanlarda da tədbirlərin keçirilməsi mümkündür.
-Xarici turistlərin hotelə cəlb olunması istiqamətində hər hansı tədbirlər görülürmü?
-Biz turizm sərgilərində iştirak edirik. Tezəlikcə “booking.com” saytı ilə əməkdaşlıq qurmuşuq.
-Gələcək planlarınızı bizimlə bölüşə bilərsinizmi?
-Bir daha qeyd etmək istərdim ki, biz yüksək rəqabət şəraitində belə mövqeyimizi tutmağa və yüksək turist axınının öhdəsindən gəlməyə nail olmuşuq. Zaman keçdikcə otaqların sayı kifayət etmir və qonaqları qəbul etməkdən imtina etməyə məcbur qalırıq. Sonda deyərdim ki, «Caspian Sea Resort» istirahət mərkəzi ailəvi istirahət üçün uyğun məkandır. Hotelin üstünlüyü yüksək xidmət səviyyəsində, eləcə də əyləncəli zaman keçirmək üçün müxtəlif və geniş imkanlarının olmasındadır. Demək olar ki, bütün sadalananlar müəyyən edilmiş inkişaf strategiyası ilə birgə «Caspian Sea Resort» hotelinə Nabranın digər hotelləri arasında öz yerini tutmağa imkan verir.

İlkin






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info