Komitənin İKT strategiyası hazırlanıb
Tarix: 16.07.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş sözü ilə müşavirəni açıq elan edib. Komitə sədri çıxışında bildirib ki, ötən 6 ay ərzində daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarlarla bağlı fəaliyyət sahələri üzrə elektron xidmətlərin sayı artırılaraq 22-yə çatdırılıb: “Eyni zamanda xidmətlərin keyfiyyəti yüksəldilib və maksimum operativliyin təmin olunması üçün tədbirlər həyata keçirilib. 2014-cü ildə 7 yeni elektron xidmət təsdiq edilib, onların tətbiqi istiqamətində işlərə başlanılıb. Bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Hazırda vətəndaşların istifadəsində olan 22 e-xidmətdən 2-si informativ və 20-si interaktivdir. Ümumilikdə, indiyədək elektron xidmətlər vasitəsilə komitənin qurumlarına 62000-ə yaxın elektron müraciət daxil olub”.
Komitə sədri bu ilin mühüm uğurları kimi daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin tətbiqini, qeydiyyat xidmətlərinin vətəndaşların ünvanına çatdırılması ilə bağlı mobil ofislərin təşkilini və Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqini xüsusilə vurğulayıb. O bildirib ki, qeyd olunan uğurlar mükəmməl elektron əmlak idarəçiliyinin bərqərar olması, “Elektron hökumət”in sürətlə formalaşması ilə vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib.
O bildirib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi məqsədilə mobil ofis xidmətləri təşkil edilib. Bu məqsədlə müasir avadanlıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitələri də alınıb. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. Məlumat verildiyi kimi, komitə tərəfindən ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsi daxil olan müraciətlər əsasında aprel ayının 4-də ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 3000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

6 ayı ərzində 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib

Komitə sədri çıxışında qeyd edib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir və beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək Daşınmaz Əmlak Məlumat İdarəetmə Mərkəzi tikilir. Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə əlaqədar rəqəmsal məkan məlumatları bazasının yaradılması, mövcud qeydiyyat və kadastr məlumatlarının elektronlaşdırılması, bazaya transfer edilməsi və istifadəyə verilməsi sahəsində zəruri tədbirlər görülüb.
2014-cü ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsinin müasir texnologiyalar əsasında dizayn və keyfiyyət baxımından təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbirlər görülüb. Komitə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirib.
Müşavirədə komitənin struktur bölmə və qurum rəhbərləri komitənin fəaliyyət sahələri üzrə 2014-cü ilin birinci yarımilliyi ərzində göstəricilərilə bağlı çıxışlar ediblər. Bildirilib ki, cari ilin 6 ayı ərzində 370-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. Ötən dövr ərzində 260-a yaxın qeyri-yaşayış sahəsi və 200-dən çox torpaq sahəsi icarəyə verilib. 2014-cü ilin ilk yarımilində 270-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 25 pul hərracında 17 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 4 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib. İnvestisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə bu il 1 mln. manata yaxın investisiya qoyulub.

2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaq

2014-cü ilin birinci yarım ili ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb. Hazırda Bakı şəhərinin 5 rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) tam əhatə edən 46,5 min hektar ərazidə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Paralel olaraq respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin bütün ərazisini əhatə edən tam məzmunlu kadastr işlərinə başlanılıb.
Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrasına başlanmışdır. 2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaqdır.

Qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verilib

Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Tapşırıqlar əsasən komitənin bütün struktur bölmə və qurumlarında müasir iş metodlarının tətbiqi, şəffaflığın və səmərəliliyin artırılması, elektron və onlayn xidmətlərin, qeydiyyat xidmətləri ilə bağlı mobil ofislərin sürətlə genişləndirilməsi barədə olub. Həmçinin, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunvericilik layihələrinin hazırlanması, İKT tədbirlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tapşırıqlar verilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info