“Kommersant”: “Rusiya Kubada radioelektron kəşfiyyat mərkəzini bərpa edir”
Tarix: 16.07.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“Bu barədə tərəflər arasında razılıq əldə olunub”

“Kommersant” qəzeti yazır ki, Rusiya və Kuba
SSRİ-yə “potensial düşmən” ərazilərinin böyük bir qismindəki radio və telefon danışıqlarını dinləməyə şərait yaradan Lurdesdəki radioelektron mərkəzin
Rusiya tərəfindən istifadə edilməsini bərpa etmək barədə razılığa gəliblər. Bu mərkəz Havana yaxınlığında yerləşir. Qəzet bildirir ki, Moskva 2001-ci ildə “Vaşinqtonun tələblərini qarşılamaq üçün” ondan imtina etmişdi. Qəzetə müsahibə verənlərin fikrincə, Rusiya Havana ilə bu məsələ barədə bir neçə il öncə danışıqlara başlayıb. Danışıqlar bu ilin əvvəlindən kəskin dərəcədə aktivləşib. Bir neçə ay ərzində isə bütün məsələləri razılaşdırmaq mümkün olub. Rusiya prezidenti Putinin Kubaya səfəri çərçivəsində isə bu razılaşma məsələsinə nöqtə qoyulub.
Nəşrə müsahibə verənlərdən biri Moskvanın bu barədə motivasiyasını bu cür izah edib: “Bizim xoş təşəbbüsümüzü qiymətləndirmədilər(Yəni burada ABŞ-dan söhbət gedir).Qəzetin Müdafiə Nazirliyindəki yüksək çinli mənbəsinin sözlərinə görə, Moskva layihəni yenidən işə salmaqla bağlı bütün əsaslara yiyələnib.
Nəşrin məlumatına görə, burada sözügedən mərkəzin, sovetin ən güclü radioelektron kəşfiyyat mərkəzi olduğu vaxtlarda malik olduğu personalın bərpasından söz getmir. Bu mərkəzin ruslar tərəfindən bərpasınn miqyası və təchizatı barədə mənbələr heç bir məlumat verməyiblər. Qeyd edilib ki, bununla bağlı parametrlər hələ yenicə işlənməyə başlanıb.Qeyd edək ki, Rusiya öncə Kubaya borcun 90 faizini silmişdi. Bunun ümumi məbləği isə 35,2 milyard dollar edir. Qalan 10 faiz isə 10 il ərzində, hər dəfə yarımillik ödənişlərlə tamamlanmış olacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info