“Azərbaycanda 5 mindən çox peşə standartı hazırlanacaq”
Tarix: 16.07.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində 200 peşə standartı hazırlanaraq bu ilin əvvəlindən sahibkarların istifadəsinə verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrini əhatə edən peşə standartlarının hazırlanması ölkədə əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına, işçi qüvvəsindən daha səmərəli istifadənin təmin olunmasına xidmət edir.
Bu standartlar eyni zamanda kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilində mühüm rola malikdir. Milli iqtisadiyyatın dinamik və çoxşaxəli inkişafı, həmçinin əlverişli demoqrafik vəziyyətin formalaşdığı şəraitdə ƏƏSMN bu prosesin davam etdirilməsini, müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanmasını nəzərdə tutur.
Peşə standartlarının hazırlanması prosesi beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı, qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla həyata keçirilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info