İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirildi
Tarix: 17.07.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ilin I yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti proqram xarakterli çıxışında əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib və hər bir sahə üzrə konkret tapşırıqlar verib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, investisiya qoyuluşunun hazırkı tempinin saxlanılması, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün əsas infrastruktur və sosial məsələlərin həll edilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi, kənd yollarının təmir və tikintisi, şəhər və kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılması, qazlaşdırmanın 95-97 faizə çatdırılması, TANAP, “Şahdəniz-2” layihələrinin icrasında yerli şirkətlərin iştirakı, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna qədər başa çatdırılması, yaxın aylarda Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi və s. barədə tapşırıqlar verib.
2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizdə bu sahəyə verilən böyük önəmin göstəricisi və Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı olduğunu qeyd edən Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən sənayenin inkişafı, o cümlədən sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması, sənaye istehsalının artırılmasına investisiyaların yönəldilməsi, texnoparkların yaradılması işlərinin davam etdirilməsi istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info