Biləsuvarda qadınlar mühüm dövlət qulluğunda çalışır
Tarix: 17.07.2014 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Ölkənin ictimai-siyasi həyatında qadınların rolunun artırılması və bu sahədə qarşıda duran vəzifələr Biləsuvar şəhərində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları və qadın təşkilatlarının birgə yığıncağında ətraflı müzakirə olunub.
YAP Biləsuvar rayon təşkilatının qərargahında keçirilən yığıncaqda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan vahid dövlət qadın siyasətinin Prezident İlham Əliyevin liderliyi ilə uğurlu davam etdirilməsi haqqında məlumat verilib, cəmiyyətimizdə qadınların hərtərəfli qayğı ilə əhatə olunduğu bildirilib.
Diqqətə çatdırılıb ki, 95 minə yaxın rayon əhalisinin 47 min 974 nəfəri qadınlardan ibarətdir və onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Rayon İcra Hakimiyyət başçısının müavini Xəyalə Qəmbərova Biləsuvarda 15 qadının mühüm dövlət qulluğunda, 30 nəfərin bələdiyyələrdə təmsil olunmasını, 20 qadının sahibkar kimi fəaliyyətini dövlətin qadınlara etimadının bariz nümunəsi kimi səciyyələndirib.
Bildirilib ki, rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayan qadınların 1000 nəfərdən çoxu təhsil, 500-ü mədəniyyət, 800-ü isə səhiyyə sahəsində çalışır.
Qadınların ictimai fəallığına diqqət çəkən YAP rayon təşkilatının sədri Kamil Mirzəyev deyib ki, bu gün partiyanın 4604 üzvündən 1306 nəfəri qadınlardır və onlar istisnasız olaraq bütün tədbirlərin fəal iştirakçılarıdırlar.
Yığıncaqda cəmiyyətdə qadının nüfuzu, ictimai-siyasi fəallığı və bələdiyyə seçkilərində onların təmsilçiliyinin artırılması ilə bağlı təkliflər ümumiləşdirilib, qarşıdakı vəzifələr müəyyənləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info