Moskva metrosunda ölənlərin sayı 23-ə çatıb
Tarix: 17.07.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Moskva metrosunda qatarın qəzaya uğraması nəticəsində 23 nəfər həlak olub. İTAR-TASS xəbər verir ki, daha bir zərərçəkən xəstəxanada dünyasını dəyişib. RF Səhiyyə Nazirliyinin məlumatına görə, qəzadan sonra xəstəxanaya çatdırılan 50-dən çox adamın vəziyyəti ağırdır. Qəza nəticəsində cəmi 217 adam zərər çəkib. Metroda qəzaya yolayrıcısının nasazlığının səbəb olması barədə versiya təsdiqlənir. Bunu Moskva meri Sergey Sobyanin bəyan edib. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin metro qəzasında iki şübhəlinin - yol xidməti ustası Valeri Başkatovun və yol xidməti ustasının köməkçisi Yuri Qordovun saxlanılmasını açıqlayıb. İstintaqın fikrincə, qəzaya, ehtimal ki, yolayrıcı mexanizminin əvəzlənməsi işlərinin keyfiyyətsiz aparılması səbəb olub. Markin deyib: “Bu işlərə və onların icrasına nəzarətə bilavasitə Başkatov və Qordov cavabdehdirlər. İşlər başdansovdu aparılıb: yolayrıcı mexanizminin bərkidildiyi adi üç millimetrlik məftil qırılıb. Nəticədə elektroqatar relsdən çıxıb”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info