15 yaralı Ukrayna hərbçisi Rusiya xəstəxanasına yerlşədirilib
Tarix: 17.07.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Ukraynanın 15 yaralı hərbçisi Rusiyanın Rostov vilayətindəki xəstəxanaya çatdırılıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Vilayət Sərhəd İdarəsinin məlumatında bildirilir.
Bundan əvvəl Rostov vilayəti Səhiyyə İdarəsindən agentliyə bildirilmişdi ki, 16 yaralı hərbçi Ukrayna ərazisindən Rostov vilayətinin Qukovo rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.
Rusiya FTX-nın məlumatına görə, bu gün saat 16.00-da (Bakı vaxtı ilə 17.00-da) əllərində ağ bayraq tutan Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ukraynanın “Çervonopartizansk” nəzarət-buraxılış məntəqəsi istiqamətindən dövlət sərhəd xəttinə doğru gələrək yaralı hərbçilərə tibbi yardım göstərilməsini xahiş ediblər.
“15 yaralı hərbçi Rostov vilayətinin Qukovo şəhərinin tibb müəssisələrinə çatdırılıb”, deyə FTX-nın məlumatında bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info