İyulun 20-dən havanın temperaturu düşəcək
Tarix: 17.07.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Yaxın 2 gün ərzində Azərbaycanda isti hava şəraiti müşahidə olunacaq. Lakin iyulun 20-dən başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq, nəticədə havanın temperaturu nisbətən düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Azərbaycanda müşahidə olunacaq küləkli hava şəraiti nəticəsində havanın temperaturunun iyulun 20-dən başlayaraq ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.
İyulun 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfort meteohəssas insanlar üçün əlverişsizdir.
İyulun 20-də isə güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info