Səfir: “Azərbaycan bizi neftlə təchiz edən əsas təchizatçılardandır”
Tarix: 17.07.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“İsrail Azərbaycanın təbii qaz sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır”. Bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz “Trend”-ə müsahibəsində bildirib.
Səfir deyib: "Siz bizi neftlə təchiz edən əsas təchizatçılardansınız. Artıq xeyli həcmdə təbii qaz ehtiyatları tapdığımız üçün sizin bu sahədəki təcrübənizi öyrənməkdə çox maraqlıyıq".
Onun sözlərinə görə, İsrail və Azərbaycan arasında enerji sahəsində mükəmməl əməkdaşlıq mövcuddur: "Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etməkdən çox məmnunuq. Biz artıq yeni mərhələyə qədəm qoyuruq. İsrail artıq təbii qaz ixracatçısı olmağa başlayır. Bu sahədə bizim təcrübəmiz yoxdur. Sizin isə böyük təcrübəniz var".
Diplomat qeyd edib ki, İsrail Azərbaycanın Dövlət Neft Fonduna uyğun özünün milli enerji fondunun yaradılması üzərində işləyir: "Knessetin nümayəndə heyəti Azərbaycanın qazdan əldə olunan gəlirlərinin necə idarə edilməsi, investisiya porfeli, büdcənin və uzunmüddətli layihələrin necə dəstəklənməsini öyrənmək üçün Bakıda olub".
R.Harpazın sözlərinə görə, təbii qaz gəlirləri artıq növbəti iki-üç il ərzində əldə olunmağa başlayacaq: "Bu, həm pisdir, həm də yaxşıdır. Yaxşıdır, çünki bu, ölkə üçün daha çox pul deməkdir. Pisdir, çünki, biz valyutanı bahalaşdıran, lakin ixracata mənfi təsir göstərən "Holland xəstəliyi"nə tutulmaq istəmirik".
Səfir həmçinin vurğulayıb ki, Azərbaycan və İsrail arasında kənd təsərrüfatı, su texnologiyaları, telekommunikasiya və təbii texnologiyalar sahəsində də böyük əməkdaşlıq mövcuddur
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info