Dünyada təkqütblü sistem sona çatır
Tarix: 17.07.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Rauf Binnətov |

Son bir həftədir dünyanın siyasi elitasında, mərkəzlərində, əsasən də dünyanın aparıcı media orqanlarında, informasiya agentliklərində çox aktual bir mövzu müzakirə olunur-15 iyulda Braziliyanın Fortaleza şəhərində BRICS ölkələrinin konfransının baş tutması. Görüşdə dünya siyasi sistemini dəyişdirəcək çox önəmli qərarlar qəbul olundu. Öncə bildirim ki, BRICS 5 ölkədən ibarətdir- Çin, Hindistan, Braziliya, Rusiya, Cənubi Afrika. BRICS ölkələri dünya əhalisinin 43 faizini əhatə edir. Öz aralarındakı ticarət dövriyyəsi 282 milyard dollara çatır. Bu ölkələr artıq getdikcə inkişaf etməkdə olan ölkələr kimi dünyanın maliyyə və siyasi sistemini dəyişmək üçün tarixi bir addım atdılar. BRICS ölkələri öz aralarında dünya tarixini, dünyadakı güc balansını dəyişdirəcək bir neçə qərar verdilər. İlk addım kimi BRİCS ölkələri inkişaf etməkdə olan ölkələrin yeni İnkişaf Bankı kimi Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna (BVF) alternativ qurum, maliyyə təşkilatı yaratmaq haqqında qərar qəbul ediblər. Proses 2016-cı ilə qədər başa çatacaq. Yeni maliyyə mərkəzinin iqamətgahının Çinin maliyyə mərkəzi olan Şanxay şəhərində olacağı da bəlli olub. Bir çox siyasi ekspertlər Fortaleza şəhərində keçirilən konfransı 1944-cü ildə yaradılmış Bredon Woods sisteminə qarşı atılmış ilk ciddi cavab kimi qiymətləndirirlər. Bu, əslində dolların dünya maliyyəsi üzərindəki qurulmuş hegemonluğunun sona çatdırılmasına verilmiş bir qərardır. BRICS ölkələrinin yaratdığı bu yeni qurum inkişaf etməkdə olan ölkələrə, əsasən Afrika ölkələrinə investisiyalar qoyulması, təhsilə, infrastruktura, digər müxtəlif sahələrə vəsait ayrılması ilə məşğul olacaq. Həmçinin BRICS-də təhsil və digər sahələrdə əməkdaşlıq haqqında müqavilə də imzalayıblar. Artıq bu kimi faktlar sübut edir ki, dünyada təkqütblü sistem sona çatmaq üzrədir. 2011-ci ildə OPEK-də dünyaya neft ixrac edən ölkələrin illik gəlirinin 1 trilyon dollara çatması da buna bariz nümunədir. Paralel şəkildə BRICS ölkələrinin bu cür addımları Amerika və Avropa Birliyi sisteminə həqiqətən də bir cavab və təzyiqdir. Təkcə BRİCS ölkələri içində Braziliyada qısa zaman ərzində baş verən siyasi və maliyyə dəyişikliklərinə nəzər salsaq, bu cür elementləri görə bilərik. 2002-ci il statistikasına görə, Braziliya əhalisinin 54 faizi yoxsulluq həddində yaşayırdı. 2014-cü ilin göstəricilərinə görə isə əhalinin 42 faizi orta sinif cəmiyyətinə məxsusdur və yalnız 25 faizi artıq yoxsulluq həddində yaşayır. Braziliya Prezidenti Dilma Roussef “Əl Cəzirə” telekanalına verdiyi müsahibədə BRICS ölkələrinin inkişafı üçün maliyyə institutlarının yaradılması barədə 2 təklif verildiyini və bunun çox geniş imkanlar və potensial çərçivədə həll olunacağını bildirdi. 34 milyon insan Braziliyada təhsil imkanlarından yararlanıb. Braziliyanın keçmiş Prezidenti Luiz İnnasio Lula da Silva Davos Forumunda etdiyi çıxışında dünya ölkələrinin silahlanmaya pul ayırmasının əvəzinə, daha çox yoxsulluğa qarşı mübarizə aparılmasını təklif etmişdi.
Beləliklə də dünyada siyasi və maliyyə mərkəzləri dəyişməkdədir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info