Rüfət Aslanlı: “İqtisadi dinamika qiymətli kağızlar bazarına da sirayət edib”
Tarix: 17.07.2014 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


“Bu ilin ilk yarısında bazarın həcmi 86 faiz artaraq 5,9 milyard manata çatıb”

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2014-cü ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayı ərzində dünya iqtisadiyyatının ayrı-ayrı coğrafi ərazilərində müşahidə olunan əsas inkişaflar və meyillər, eləcə də onları şərtləndirən amillər barədə ətraflı məlumat verdi. R.Aslanlı qlobal iqtisadi mühit üçün xarakterik olan volatillik və qeyri-sabit inkişaf fonunda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında artım templərinin ənənəvi olaraq davam etdiyini iclas iştirakçılarının diqqətinə çatdırdı. Sədr əsas makro-iqtisadi və sosial inkişaf göstəricilərini diqqətə çatdıraraq ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndiyini, xarici borclanma səviyyəsinin aşağı olduğunu və strateji valyuta ehtiyatlarının 54 mlrd. ABŞ dollarına qədər yüksəldiyini qeyd etdi. QKDK sədri hesabat dövründə mövcud olan müsbət iqtisadi dinamikanın ölkənin qiymətli kağızlar bazarına da sirayət etdiyini qeyd edərək, 2014-cü ilin ilk yarım illiyində bazarın həcminin ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 86 faiz artaraq 5,9 milyard manat təşkil etdiyini vurğuladı. Daha sonra QKDK-nın sədr müavinləri, Aparatının rəhbəri və müvafiq struktur bölmələrin rəhbərləri geniş məruzə ilə çıxış edərək 2014-cü ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verdilər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə hüquqi bazasının möhkəmləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil edilməsi, həmçinin insan resurslarının idarə edilməsi, inkişafı və qulluq etikası məsələləri sahəsində görülmüş işlər barədə ətraflı məlumat iclas iştirakçıların diqqətinə çatdırıldı. İclası yekunlaşdıran Kollegiyanın sədri R.Aslanlı cari ilin 6 ayı bütövlükdə komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, yeni ticarət və post ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında vergi qoyma siyasətinin müəyyən edilməsi, qiymətli kağızlar bazarı haqqında qanun layihəsinin razılaşdırılması prosesinin sürətləndirilməsi və s. istiqamətlərdə müvafiq tapşırıqlar verdi.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info