Azərbaycanda unikal cərrahiyyə əməliyyatı keçirilib
Tarix: 17.07.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahlığı şöbəsində ilk dəfə olaraq mürəkkəb və unikal cərrahi əməliyyatlardan biri hesab olunan bental əməliyyatı keçirilib.
Elmi Cərrahiyyə Mərkəzindən verilən xəbərə görə, 53 yaşlı Xaçmaz rayon sakini Zərifə Dadaşova səhhətindəki problemlə əlaqədar Bakı şəhərindəki özəl xəstəxanaların birində müayinə olunarkən, onda aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib.
Ona Bakı şəhərindəki özəl xəstəxanalarda, həmçinin İran İslam Respublikasında əməliyyatın 12 000-15 000 manata başa gələcəyi bildirilib. Xəstə isə buna maddi imkanı çatmadığından kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib. Səhiyyə Nazirliyi müraciətə operativ cavab verərək xəstəni müayinə və müalicə üçün M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərib. Əməliyyat üçün lazım olan çox bahalı ləvazimatların hamısı Səhiyyə Nazirliyi tərəfindən təmin edildikdən sonra qeyd olunan cərrahi əməliyyat uğurla həyata keçirilib.
Əməliyyatı tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov icra edib. Uzun müddət Səudiyyə Ərəbistanında qabaqcıl ürək cərrahlığı mərkəzlərində işləyib zəngin təcrübə toplayan İ. Heybətovun sözlərinə görə, belə mürəkkəb əməliyyatların icrası məhz son illərdə Mərkəzdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra mümkün olub. Gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsi qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdindəki Ürək cərrahlığı şöbəsi 1979-cu ildən fəaliyyət göstərir və hazırda Səhiyyə Nazirliyi tabeliyində olan, ödənişsiz ürək əməliyyatlarının icra edildiyi yeganə şöbədir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info