Yunan-Roma güləşçilərimiz Dünya Çempionatında ikinci oldular
Tarix: 17.07.2014 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Yunan-Roma güləşi üzrə idmançıları Slovakiyanın Snina şəhərində keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında uğurla çıxış ediblər.
Çempionatın ikinci günündə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, güləşçilərim yarışın ikinci günündə iki gümüş və iki bürünc medal qazanıblar. Ümumilikdə 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq Dünya Çempionatını ikinci sırada tamamlayıblar. Rusiya yığması eyni xalla birinci, İran millisi isə 43 xalla üçüncü olub.
Çempionatda 46 kq çəki dərəcəsində mübarizə aparan Seymur Hüseynov ilk görüşdə Rusiya təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Qazaxıstan güləşçisini məğlub edən Seymur həlledici qarşılaşmaya çıxıb. O, bürünc medal uğrunda Türkiyə güləşçisini üstələyib və dünya çempionatını üçüncü sırada tamamlayıb. Yarışlarda 69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov mübarizəyə 1/16 final mərhələsindən qoşulub. İsveçrə, Çexiya və İsveç güləşçilərini məğlub edən İ.Dadov yarımfinalda Xorvatiya güləşçisinə minimal hesabla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Qazaxıstan təmsilçisi ilə gərgin keçən qarşılaşmanı qələbə ilə başa vuraraq yığmamıza daha bir medal qazandırıb.
Çempionatda 76 kq çəki üzrə güləşçimiz Nicat Abdullayev Avstriya, Bolqarıstan və Belarus güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda İran güləşçisinə uduzan N.Abdullayev gümüş medalla kifayətlənib.
Yarışda 85 kq-da mübarizə aparan Soslan Fanziyev finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. ABŞ, Finlandiya və Belarus güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna idmançısına uduzaraq gümüş medalla kifayətlənib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info