Poti-Bakı marşrutu üzrə hərəkət edən ilk qatar Keşlədə
Tarix: 18.07.2014 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Azərbaycan və Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarının hərəkətini bərpa ediblər. İyirmi beş konteyner vaqonundan ibarət ilk qatar dünən Keşlə stansiyasına çatıb.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildiriblər ki, qatarın təntənəli qarşılanma mərasimində çıxış edən Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı-Poti konteyner qatarının yük daşımalarının intensivləşməsinə yeni stimul verəcəyini vurğulayıb. “Gürcüstan Dəmir Yolları” SC-nin icraçı direktoru Mamuko Baxtadze də öz növbəsində qatarın hərəkətinin bərpa olunmasını mühüm hadisə adlandırıb. Konteynerlərin nəqli "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC-nin törəmə strukturu olan "Trans Jaujasus Terminals LLJ" şirkəti arasında əldə olunan saziş əsasında təmin ediləcək. Qəbul edən tərəf öz yükünü 34 saat ərzində ala biləcək. Məlumatda həmçinin qeyd olunur ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyan Bakı-Poti konteyner qatarı «Azərbaycan Dəmir Yolları» QSC və «Gürcüstan Dəmir Yolları» SC tərəfindən hələ 1996-cı ildə işə salınmışdı. Sonralar fəaliyyətini dayandırmış konteyner qatarının hərəkətinin bərpası ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib. Tərəflər qatarın iş texnologiyasını, hərəkət qrafikini və daşınma tariflərini razılaşdırıblar. Yük göndərən və yük alanlarla görüşlər keçirilib, eləcə də yük və vaqon axınlarının təhlili aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info