Avtomobil idxalı 28 faizdən çox azalıb
Tarix: 18.07.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycan 2014-cü ilin yanvar-iyun aylarında 34 359 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 47 890 ədəd olub. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilən xəbərdə deyilir.
İdxal edilən avtomobillərin 30 917 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvarında bu göstərici 43 186 ədəd təşkil edib.
Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib.
Bundan başqa, hesabat dövründə ölkəyə 2765 (idxal edilən nəqliyyat vasitələrinin ümumi sayından 9,04 faiz) yük avtomobili idxal edilib ki, bu da ötən ilin eyni dövründəkindən 8,9 faiz azdır. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri növlərinin payına düşüb.
2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info