Gənclərdən ermənilərə cavab olaraq “Yüz ilin yalanı” layihəsi
Tarix: 18.07.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Ermənilərin məşhur soyqırımı yalanı ilə bağlı gələn il bir sıra böyük tədbirlərə hazırlaşması məlumdur. Yüz illiyini qeyd edəcəkləri bu “soyqırımına” azərbaycanlı tələbələr və bir sıra təşkilatlar da cavab addımı hazırlayırlar. Türkiyədə təhsil alan və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) və AZEDER-in Burdur təmsilçisi Samir Orucov bununla bağlı “Yüz ilin yalanı” adlı layihə hazırlandığını bildirdi. Fəaliyyət çərçivəsində 2015-ci il yanvar ayında başlayacaq və 15 fevral 2015-ci il tarixində bitiriləcək xüsusi tədbirlərlə bağlı məlumatlar etibarən Türkiyə Prezidentinə, Baş nazirə, lazım bilinən dövlət orqanlarına və Türkiyə Böyük Millət Məclisinə göndəriləcək: “26 fevral 1992-ci il Xocalı soyqırımının Türkiyə tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınması istəyini ehtiva edən imza kampaniyası da aparılacaq. Ermənilərin vəhşiliyi və yalanlarını ortaya qoyan şəkillərdən ibarət sərgilər açılacaq, xalq mövzu haqqında bir daha məlumatlandırılacaq. Bu tədbirlər çərçivəsində, xüsusilə Xocalı soyqırımını anma mərasimlərində Xocalıdakı vəhşiliyi sənədləşdirən, faktlaşdıran şəkillərdən ibarət sərgilər bütün şagird birliklərinə, universitetlərə göndəriləcək. Tez-tez konfranslar keçirib qısa filmlər yaradılacaq. “Yüz ilin yalanı`` adıyla toplanmış qurultay müddətində Türk Dünyası Birlik Platforması(TDBP) idarəçiləri tərəfindən təsdiqlənib planlaşdırılan tədbirlər bunlardır: 1 - İctimai yerlərdə və mediada erməni yalanı məsələsinə diqqət çəkmək və mövzu üzərində davamlı gündəm yaratmaq, 2 –Xüsusi yarışmaların təşkil, 3 - Xüsusi elanların paylanması, 4 – “Yüz ilin yalanı” başlığı altında təşkil edilən konfranslar zənciri yaradılacaq, 5 - İmza kampaniyaları təşkil ediləcək. 6 - Layihə başlığı altında jurnal meydana gətirib nümayiş olunacaq, (TDBP Jurnalı) 7 - Sərgilər keçiriləcək, 8 – Qısa film yaradılacaq, 9 - Layihəyə dəstək ola biləcək təşkilat və təşkilatlarla görüşülüb razılaşmalar təmin ediləcək.
Bu layihənin əhəmiyyəti böyükdür və Bakıda qısa video çarx çəkiləcək. Daha sonra isə universitetlərdə, məktəblərdə “Yüz ilin yalanı” adı altında tədbirlər, yarışlar keçiriləcək. Bu tədbirlər Bakıdakı tələbələr çərçivəsi ilə yekunlaşmayacaq, dünya ictimaiyyətinə də çatdırılacaq”
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info